Azərbaycanın tanınmış iş adamı «Günay Bank» və «Günay sığorta» şirkətlərinin sahibi Mahmud Məmmədov mərhum prezident Heydər Əliyevlə tanışlığı və münasibətləri, eləcə də onun sahibkara göstərdiyi dəstəyi barədə geniş müsahibə verib.
Bağlanmış banka məxsus yaşayış evləri satışa çıxarılır – SİYAHI
«PAŞA Holding»in hansı bankı daha yaxşı işləyib? – «KAPİTALBANK» yoxsa «PAŞA BANK» - MÜQAYİSƏ
"Kapital Bank"ın rəhbərliyi dəyişdi - YENİ TƏYİNATLAR
FED.az xəbər verir ki, jurnalist Eynulla Fətallayevə müsahibəsində bank sahibi 1990-cı ildə ona olan sui-qəsd və bir neçə ildən sonra onun üstünün açılması barədə də açıqlama verib.
Qeyd edək ki, ixtisasca həkim, stomatoloq olan Mahmud Məmmədov 1989-cu ildən kiçik biznesə başlayıb. Olduqca səmimi müsahibəsində iş adamı bildirib ki, vaxtilə ölkədə başlayan milli azadlıq mübarizəsində mitinqlərdə o vaxt hələ yeni yaradılan Xalq Cəbhəsinə ilk yardım edən şəxs olub.
Onun sözlərinə görə, hələ 1990-cı ildə Heydər Əliyevi dəstəkləyib və hətta onun barəsində filmin çəkilməsi təşəbbüsü ilə çıxış edib, amma 1990-cu ildə ona qarşı sui-qəsd baş verdiyindən bu təşəbbüs nəticəsiz qalıb.
Mahmud Məmmədov 1990-cı ildə Heydər Əliyevin dəvəti ilə Naxçıvana səfəri, ona olan münasibət və dövlət başçısının dəfələrlə dəstəyini xatırlayıb.
Qeyd edək ki, vaxtilə «Moskva Mehmanxanası»nı da özələşdirən Mahmud Məmmədov, Rusiya ilə Azərbaycan arasında ticarətlə lə məşğul olub. Moskvada yeni yaradılan xammal və əmtəə birjasında iştirak edən M.Məmmədov buradan Azərbaycana idxalla məşğul olub: «Müxtəlif malların və istehsal vasitələrinin Azərbaycana idxalı ilə məşğul idik. Atırlayıram ki, bir iş adamına kərpic zavodu gətirmişdik. Başqa mallar da idxal edirdik».
Azərbaycanda «Günay Bankı», sonradan «Günay Sığorta»nı, «Günay» qəzetini və BMTİ televiziyasını təsis edən işi adamı Milli Məclisin keçmiş rəhbəri Rəsul Quliyevlə arasında olan konflikt barədə məlumat verib, haqqında bir neçə dəfə qondarma cinayət işi qaldırıldığını, amma hər dəfə Heydər Əliyev tərəfindən dəstəkləndiyini bildirib.
İş adamı indiyədək heç vaxt dövlət qurumlarında çalışmadığını və dövlət sifarişlərində (tenderlərində) iştirak etmədiyini də bildirib.
Qeyd edək ki, Mahmud Məmmədov vaxtilə Azərbaycan Demokratik Sahibklarlar Partiyasına (ADSP) da rəhbəri olub. ADSP 2021-ci ilədək fəaliyyət göstərib və həmin il kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaqla bağlı qərar verib. YAP-ın 2021-ci ildə keçirilən qurultayında bu qərar rəsmiləşdirilib.