Azərbaycanın bank sektorunda iri holdinqlərin payı artmaqdadır. «Paşa Holdinq»ə məxsus olan iki bank – «Paşa Bank» və «Kapital Bank» isə bank bazarında xüsusi yerə malikdir. Sözügedən banklar birlikdə ölkənin bank aktivlərinin 30%-ni təşkil edir. Bazarda böyük oyunçuların sayı çox olmadığına görə, bu banklar bəzən faktiki olaraq bir-biri ilə də rəqabət aparırlar.
FED.az eyni holdinqə məxsus olan bankların fəaliyyətini müqayisə edib.
«KapitalBank»dan böyük mənfəət: 3 ayda 83 milyon qazandı – HESABAT
«Paşa Bank»ın vəziyyəti məlum oldu – HESABAT
Ölkənin ən böyük ...ikinci bankı uğrunda yarış
Azərbaycanın bank sektorunda baş verən çoxsaylı dəyişikliklərə baxmayaraq bank sepktorunu lideri dəyişməz qalıb. Azərbaycan Beynəlxalq Bankı hətta 2023-cü ilin ilk rübündə aktivlərinin kəskin azalmasına baxmayaraq hələ də «Paşa»nın bankları üçün əlçatmazdır.
Ona görə də «Kapital» və «Paşa Bank»ın qeyri-rəsmi böyüklük yarışının əsas hədəfi ölkənin «ən böyük ikinci bankı» və ya «ən böyük özəl bankı» tituludur. Bu yarışda «Paşa Bank» irəlidədir.
2022-ci ildə «Paşa Bank»ın aktivləri 2,1 milyard manat və ya 33% böyüyərək 8,5 milyard manatlıq və ya qeyri-rəsmi olan 5 milyard dollarlıq psixoloji həddi keçib.
«Kapital Bank»da isə artım göstəricisi 2 dəfə aşağı olub – 1,1 milyard manat və ya 17% faiz.
Min manat |
Banklar |
Min manat |
“Kapital Bank” |
Banklar |
“Paşa Bank” |
7 822 164 |
Aktivlər 2022 |
8 519 814 |
6 709 523 |
Aktivlər 2021 |
6 408 381 |
16,6% / 1 112 641 |
Aktivlərin dəyişməsi (%/manat) |
32,9% / 2 111 433 |
Son 5 ildə «Kapitalbank» 2021-ci ilin sonunda aktivlərinin həcminə görə «Paşa Bankı» geridə qoymuş və ilin nəticələri üzrə ikinci böyük bank olmuşdu. 6,4 milyarl manata qarşı 6,7 milyard manat. Amma bu üstünlük cəmi 1 rüb çəkdi – 2022-ci ilin elə birinci rübündə «Paşa Bank» yenidən aktivlərin həcminə görə irəli keçdi və hələlik indiyədək öndədir – 7,8 milyard manata qarşı 8,5 milyard manat.
Aktivlər Milyon AZN |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
“Paşa Bank” |
4 696 |
4 767 |
5 513 |
6 408 |
8 520 |
“Kapital Bank |
3 802 |
4 197 |
5 265 |
6 709 |
7 822 |
Bununla yanaşı, son 5 il ərzində aktivlərin artımı üzrə orta göstərici cüzi də olsa «Kapitalbank»ın xeyrinədir – 130 illik bank son 5 ildə illik 19,9% sürətlə böyüyüb, «Paşa Bank»da bu göstərici 19,7%-dir.
“Kapital Bank” |
Aktivlər dinamika |
“Paşa Bank” |
16,7% |
2018 |
32,2% |
11,5% |
2019 |
1,5% |
26,2% |
2020 |
15,6% |
28,3% |
2021 |
16,2% |
16,6% |
2022 |
32,9% |
19,9% |
2017-2022 (orta) |
19,7% |
Bankların miqyas və ölçülərini göstərən digər göstəriciləri də təqribən eyni trayektoriya üzrə dəyişib. Bankların öhdəlik göstəriciləri üzrə «Kapital Bank» son 5 il ərzində 2021-ci ilin nəticələri üzrə irəli keçsə də (5,8 milyard manata qarşı 6,1 milyard manat), 2022-ci ildə «Paşa Bank» mövqeyini geri qaytarmağı bacarığb – 7 milyard manata qarşı 7,8 milyard manat.
Öhdəliklər Milyon AZN |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
“Paşa Bank” |
4 278 |
4292 |
4 972 |
5 831 |
7 857 |
“Kapital Bank |
3 343 |
3 632 |
4 549 |
6 061 |
6 995 |
Kapital göstəricisində «Kapital bank» öndədir. Sonuncu illik göstərici də «Kapital»ın xeyrinədir – 663 milyon manata qarşı 827 milyon manat.
Özü də bu məbləğin 518 milyon manatı bölüşdürülməmiş mənfəətdir. Bankın sahibləri isə indiyədək bura kapital kimi, cəmi 266 milyon manata yatırıblar. Yəni bankın cəmi kapitalının üçdə bir hissəsini. «Paşa Bank»da vəziyyət fərqlidir. Səhmdarları indiyədək «Paşa Bank»a «Kapital»dan iki dəfə artıq vəsait yatırıblar 643 milyon manat.
Kapital Milyon AZN |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
“Paşa Bank” |
418 |
475 |
541 |
577 |
663 |
“Kapital Bank |
459 |
425 |
634 |
648 |
827 |
Fiziki şəxslərin əmanətlərində «KapitalBank» «Paşa Bank»ı üstələyib.
Son bir ilin, eləcə də 2023-cü ilin 1-ci rübünün nəticələri göstərib ki, «Kapital»a etibar edən fiziki şəxslərin sayı və ya pulu artmaqdadır. Təkcə 2022-ci ildə bankdakı əmanətlərin məbləği yarım milyard manat yüksələrək 1,6 milyarld manatı keçib. Artım 2023-də də davam edib.
«Paşa Bank»da isə əksinə – 2022-ci ildə fiziki şəxslərin əmanətlərində azalma müşahidə edilib – 2021-ci ilin sonunda Bankdakı əmarətlər 1,64 milyard manat olduğu halda 2022-ci ilin sonunda təqribən 70 milyon manat azalaraq 1,57 milyarld manata düşüb. Doğrudur, 2023-cü ilin 1-ci rübündə «Paşa Bank»da əmanətlər yenidən artmağa başlayıb, amma yenə də «Kapital»dan 150 milyon manat geridədir.
Yeri gəlmişkən, «Paşa Bank»dakı əmanətlərin 90%-i xarici valyutadadır.
Əmanətlər |
2021 |
2022 |
2023 (1ci rüb) |
“Kapital Bank” |
1 165 milyon |
1 642 milyon |
1 759 milyon |
“Paşa Bank” |
1 641 milyon |
1 569 milyon |
1 609 milyon |
Şirkət pulları «Paşa Bank»a axıb
Əmanətlərdəki geriliyi «Paşa Bank» şirkət depozitləri ilə kompensasiya edib. 2021-ci ilin sonunda Kapitalda şirkət depozitləri daha çox olduğu halda (3,4 milyarl manata qarşı 4 milyard), 2022-ci ilin sonunda «Paşa Bank» 1 milyard manat önə keçib – 4,4 milyard manata qarşı 5,4 milyard manat. Proses 2023-də də davam edir.
Şirkətlərin depozitləri |
2021 |
2022 |
2023 (1ci rüb) |
“Kapital Bank” |
4 028 milyon |
4 456 milyon |
4 154 milyon |
“Paşa Bank” |
3 389 milyon |
5 435 milyon |
5 497 milyon |
Bankların «çörək ağacı» - Kredit portfellərinin müqayisəsi
«KapitalBank» və «Paşa Bank»ın kredit portfellərinin cəmi ölkənin bütün bank sistemindəki kreditlərin 30%-nə çatır. «Paşa»nın bankları bu göstəricidə də yalnız Azərbay\an Beynəlxalq Bankından geri qalırlar. Kreditlərin həcminə görə isə «Kapitalbank» öndədir – 2,7 milyard manata qarşı 3,2 milyard manat.
Üstəlik «Kapital»ın kredit portfeli daha sürətlə artır. 2022-ci ildə Bankın kreditləri 500 milyon manat və ya 19% artdığı halda, «Paşa Bank»da bu göstərici 182 milyon manat və ya 7,2% təşkil edib.
Eyni dinamika 2023-də də davam edir – 1-ci rübdə «Paşa Bank»ın kreditləri təqribən 26 milyon manat artıb, «Kapital»ın kredit portfeli isə 67 milyon manat böyüyüb.
Kredit portfeli |
2021 |
2022 |
2023 (1ci rüb) |
“Kapital Bank” |
2 653 milyon |
3 158 milyon |
3 225 milyon |
“Paşa Bank” |
2 546 milyon |
2 728 milyon |
2 754 milyon |
«Kapitalbank» «Paşa Bank»ın «ərazisinə» daxil olur
«Paşa» və «Kapital»ın kredit portfelləri ilə bağlı ən maraqlı məqamlar onun həcmi deyil, tərkibidir. Burada son iki ildə diqəti cəlb edən proseslər baş verib.
Biznes kreditləri «Paşa Bank»ın açıq aşkar üstün olduğu sahədir – 2,34 milyard manat və ya bütün potrtfelin 85%-i. «Kapital bank» bu göstəricidə 3 dəfə geridədir – 910 milyon manat və ya portfelin 28%-i. Amma banklarda dinamika fərqlidir.
Hələ 4 il bundan əvvəl - 2019-cu ilin sonunda «Kapitalbank» elan etdi ki, kiçik və orta biznesə xidmətləri, o cümlədən kreditləşməni artıracaq. O vaxtdan bəri bankın biznes kreditləri daha sürətlə artmağa başlayıb.
2022-ci ildə «KapitalBankda» biznes kreditləri 150 milyon manat və ya 20% artıb. «PaşaBank» artım cəmi 50 milyon manat və ya 50 milyon manat olub.
İstehlak kreditlərində isə əks proses baş verib. Bu kreditlərdə «Kapitalbank»ın istehlak kreditləri il ərzində 230 milyon manat və ya 14% artsa da, «Paşa Bank» istehlak kreditlərini 107 milyon manat və ya 66% artırıb.
“Kapital Bank” |
Kredit növləri (2022) |
“Paşa Bank” |
908 342 |
Biznes kreditləri |
2 346 234 |
149 135 / 19,6% |
Biznes kreditlər dinamika (min manat / %) |
49 693 / 2,1% |
|
|
|
1 833 106 |
İstehlak kreditləri |
270 539 |
230 722 /14,4% |
İstehlak kreditləri dinamika (min manat / %) |
107 308 / 66% |
|
|
|
416 321 |
Daşınmaz əmlak kreditləri |
111 281 |
125 351 / 43% |
Daşınmaz əmlak kreditləri dinamika (min manat / %) |
25 485 / 30% |
Portfellərin gəlirliyi – faiz gəlirləri
Daha bir maraqlı məqam – kredit portfelinin gəlirliyidir. Yuxarıda qeyd edildiyi kimi, «Kapitalbank» istehlak, «Paşa Bank»isə biznes kreditləri üzrə ixtisaslaşıb. Bu məqam kredit portfelinin gəlirliyinə də təsirin göstərir.
2022-ci ildə «Kapitalbank»ın kredit portfeli üzrə faiz gəlirləri 485 milyon manat, kredit portfelinin gəlirliliyi 15,3% təşkil edib.
«Paşa Bank»ın kreditdən faiz gəlirləri isə 213 milyon manat, portfelin gəlirliliyi isə təqribən 8% təşkil edib.
Kredit portfeli gıəliriliy– 2022 |
|||
Banklar |
Kredit portfeli |
Kredit faizi riski |
Portfelin şərti gəlirliliyi |
«Kapital Bank» |
3 158 milyon AZN |
485 milyon AZN |
15,3% |
«Paşa Bank» |
2 728 milyon AZN |
213 milyon AZN |
8,0% |
Amma bu banklar təkcə kredit portfelindən qazanmırlar. «Paşa Bank» və «Kapitalbank» ölkənin qiymətli kağızlar bazarının ən böyük investorlarındandırlar.
«Paşa Bank» qiymətli kağızlara – xüsusilə də dövlət istiqrazlarına 1 746 milyon manat yatırıb 68 milyon manat əldə edib – şərti gəlirlilik göstəricisi 4%.
«Kapital Bank» isə bu sahəyə 2 475 milyon manat yatıraraq 88 milyon manat qazanıb – şərti gəlirlilik göstəricisi – 3,6%.
Qiymətli kağızlar portfeli gəlirliyi – 2022 |
|||
BANKLAR |
QK sərmayələr |
QK fai gəliri |
Portfelin şərti gəlirliliyi |
«Kapital Bank» |
2 475 milyon AZN |
88 milyon AZN |
3,6% |
«Paşa Bank» |
1 746 milyon AZN |
68 milyon AZN |
4,0% |
Hər iki bank digər banklara kreditlər verir vaə depozitlər yerləşdirməklə də gəlir əldə edib.
«Paşa Bank» 2022-ci ildə başqa banklara 716 milyon manatlıq kredit verib və ya depozit yerləşdirib, bundan - 31 milyon manat əldə edib. Şərti gəlirlilik göstəricisi – 4,3%
«Kapital Bank» isə ötən il başqa banklara kredit və ya depozit formasında 507 milyon manat yerləşdirib, bundan 27 milyon manat əldə edib. Şərti gəlirlilik göstəricisi – 5,3% təşkil edib.
Ümumiyyətlə faiz gəlirləri sahəsində «Kapitalbank» 2022-ci ildə «Paşa Bank»ı təqribən 2 dəfə üstələyib - 312 milyon manata qarşı 609 milyon manat
Başqa banklardakı depozit və kredit portfeli gəlirliyi – 2022 |
|||
Banklar |
Kredit-depozit portfeli |
Faiz gəliri |
Portfelin şərti gəlirliliyi |
«Kapital Bank» |
507 milyon AZN |
27 milyon AZN |
5,3% |
«Paşa Bank» |
716 milyon AZN |
31 milyon AZN |
4,3% |
Gündə 1 milyon manat komissiya haqqı gəliri
Qeyri-faiz gəlirlərində də «Kapitalbank» rəqibini təqribən 2 dəfə qabaqlayır. 2022-ci ildə bankın qeyri-faiz gəlirləri 31% artaraq 394 milyon manata çatıb. «Paşa Bank»ın qeyri-faiz gəlirləri isə 44% artımla 185 milyon manata yüksəlib.
«Kapitalbank» təkcə haqq və komiyya gəlirlərindən 341 milyon manat əldə edib ki, bu da bayram günlərini nəzərə almayanda gündə 1 milyon manat komissiya gəliri deməkdir. «Paşa Bank» kütləvi bank olmadığına görə, komissiya gəlirləri daha kiçik miqyasdadır – ildə 114 milyon manat.
Qeyri-faiz gəlirləri |
2021 |
2022 |
“Kapital Bank” |
300 milyon AZN |
394 milyon AZN |
“Paşa Bank” |
128 milyon AZN |
185 milyon AZN |
Əsas məsələ - hansı bank səhmdara daha çox qazanc gətirir?
«Paşa Holdinq»in Azərbaycandakı hər iki bankı yüksək mənfəətlə işləyir. Xalis mənfəət göstəricisinə görə, «Kapital Bank» öz rəqibini təqribən iki dəfə üstələyir. 2022-ci ildə hər iki bankın xalis gəliri 65-70% artıb. Eyni tendensiya 2023-də də davam edir.
Xalis mənfəət |
2021 |
2022 |
2023 (1ci rüb) |
KapitalBank |
180 milyon AZN |
308 milyon AZN |
83 milyon AZN |
Paşa Bank |
90 milyon AZN |
149 milyon AZN |
42 milyon AZN |
5 ildə 1,5 milyard manat xalis mənfəət
Ümumilikdə son 5 ildə «Paşa Bank» 465 milyon manat xalis mənfəət əldə edib. Bankın orta illik mənfəət göstəricisi 93 milyon manatdır. «Kapital Bank» isə bu dövrdə 1 077 milyon manat qazanıb. Orta illik mənfəət göstəricisi 215 milyon manat təşkil edib.
Xalis mənfəət |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|
|
|
|
|
“Kapital Bank” |
151 mln AZN |
135 mln AZN |
303 mln AZN |
180 mln AZN |
308 mln AZN |
“Paşa Bank” |
77 mln AZN |
65 mln AZN |
84 mln AZN |
90 mln AZN |
149 mln AZN |
Gəlirlilik göstəriciləri ROA və ROE üzrə – «Kapitalbank» irəlidədir
Bankların fəaliyyətinin səhmdarlar üçün əsas göstəricilərindən biri - ROE əmsalı – bankın xalis mənfəətinin onun kapitalına nisbətidir. Bu göstərici üzrə müqayisədə «Kapitalbank» rəqibini xeyli qabaqlayır. 2022-ci ildə «KapitalBank»ın ROE göstəricisi 37,26% olduğu halda, «Paşa Bank»da bu göstərici 22,53% olub. 2021-ci ildə də təxminən eyni vəziyyət olub. Təxminə eyni mütənasiblik həm də ROA əmsalında da müşahidə edilir.
Kapitalın gəlirliyi - ROE
ROA əmsalı |
2021 |
2022 |
“Kapitalbank” |
27,76% |
37,26% |
“Paşa Bank” |
15,63% |
22,53% |
Aktivlərin gəlirliyi– ROA
ROA əmsalı |
2021 |
2022 |
“KapitalBank” |
2,68% |
3,94% |
“Paşa Bank” |
1,41% |
1,75% |