07 iyun 2023-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq “Dəmirbank” ASC-yə məxsus daşınmaz əmlakların açıq hərracda satışı elan edilib.
“Dəmirbank”ın balansındakı “BMW 760” təkrar - HƏRRACA ÇIXARILIR
FED.az xəbər verir ki, əmlaklar 2-ci dəfə təkrar hərraca 100% dəyərində təqdim olunur.
Hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hərracda iştirak etmək istəyən şəxsin və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə və ərizəyə aşağıdakı sənədlər əlavə edilir;
göstərilmiş bank hesabına behin və iştirak haqqının köçürüldüyünü təsdiq edən sənəd;
fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.
S/N |
Balanssaxlayıcı təşkilatın adı |
Əmlakın adı |
Ünvanı |
Ümumi sahəsi (kv.m) |
Start qiyməti (manatla) |
Ödəniləcək 10% beh (manatla) |
İştirak haqqı (manatla) |
1 |
“Dəmirbank” ASC |
3 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi |
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/2 |
485.9 |
2200000 |
220000 |
20000 |
2 |
“Dəmirbank” ASC |
3 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi |
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/1 |
485.9 |
2250000 |
225000 |
20000 |
3 |
“Dəmirbank” ASC |
2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi |
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/3 |
485.9 |
2200000 |
220000 |
20000 |
4 |
“Dəmirbank” ASC |
3 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi |
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/4 |
485.9 |
2050000 |
205000 |
20000 |