“Premium Bank”a yatırılan depozitlər və müştərilərə verilən kreditlər azalıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu il bankın öhdəlikləri 514 milyon 490 min mant təşkil edib. Bu göstərici 2018-ci illə mqayisədə 2 milyon 933 min manat və ya 0,57% azdır. 2018-ci ildə bankın öhdəlikləri 511 milyon 557 min manat təşkil edib.
Eləcə də bax: “NBC Bank”ın kimlərə kredit verdiyi – MƏLUM OLUB
Banka depozit yatıran fiziki şəxlərin depozitləri azalıb, hüquqi şəxslərin depozitləri isə artıb. Belə ki, 2019-cu ildə banka fizik şəxslər tərəfindən 369 milyon 927 min manat depozit yatırlıb. Bu 2018-ci illə müqayisədə 58 milyon 630 min manat və ya 13,7% azdır. 2018-ci ildə bankda fiziki şəxslərin depozitləri 428 milyon 557 min manat təşkil edib.
2019-cu ildə bankda hüquqi şəxslərin depozitləri 100 milyon 918 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 2,7 dəfə çoxdur. 2018-ci ildə bankda hüquqi şəxslərin depozitləri 37 milyon 519 min mant təşkil etmişdi.
Bank istehlak kreditlərini 50%-dan çox azaldıb
Bank aktivlərindən müştərilərinə 567 milyon 573 min manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 17 milyon 023 min manat və ya 2,9% azdır. Bank 2018-ci ildə müştərilərinə 584 milyon 596 min manat kredit verib.
Eləcə də bax: Azərbaycanın aparıcı bankı kredit verilməsini – DAYANDIRIB - AÇIQLAMA
“Premium Bank” 2019-cu ildə müştərilərinə 2 milyon 666 min manat istehlak krediti verib, bu da 2018-ci illə müqayisədə 3 milyon 186 min manat və ya 54,4% azdır. Bank 2018-ci ildə 5 milyon 852 min manat kredit vermişdi.
Bank biznes sektoruna 2019-cu ildə 553 milyon 909 min manat kredit verib, bu da 2018-ci illə müqayisədə 12 milyon 899 min manat və ya 2,2% azdır. Bank 2018-ci ildə 566 milyon 808 min manat biznes krediti vermişdi.
2019-cu ildə bank daşınmaz əmlak sektopruna 10 milyon 997 min manat kredit verib. Bu 2018-ci illə müqayisədə 939 min manat və ya 7,8% azdır. Belə ki, 2018-ci ildə bank daşınmaz əmlak sahəsinə 11 milyon 936 min manat kredit verib.
Xatırladaq ki, “Premium Bank” artıq bir müddətdir ki, kredit verilməsini dayandırıb. Bankdan əldə olunan məlumata görə, buna səbəb bankın faiz və kredit şərtləri siyasətinə yenidən baxmasıdır.