“NBC Bank”ın vaxtı keçmiş kreditlərinin məbləğı məlum olub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə bankın cəmi kredit portfeli 252 milyon 598 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 40 milyon 394 min manat və ya 19% çoxdur. Belə ki, 2018-ci ildə bankın kredit portfeli 212 milyon 204 min manat təşkil edib.
Eləcə də bax: Daha bir bankın vəziyyəti - MƏLUM OLDU – HESABAT
“NBC Bank”ın kredit portfelinin əsasını fiziki şəxslərə verdiyi kreditlər təşkil edib. Belə ki, 2019-cu ildə bank fiziki şəxlərə 143 milyon 795 min manat kredit verib. Bu məbləğ ümumi kredit portfelinin 56,9%-ni təşkil edib.
Bank biznes sahəsinə 85 milyon 318 min manat kredit verib ki, bu da ümumi kredit portfelinin 33,7%-i deməkdir. Bundan başqa bank İctimai təşkilat , mərkəzi və idarəetmə orqanlarına 28 min manat,digər bank və maliyyə təşkilatlarına 23 milyon 458 min manat kredit verib.
“NBC Bank” başqa banklara verdiyi kreditlərin məbləğini artırıb
“NBC Bank” 2018-ci illə müqayisədə 2019-cu ildə başqa bank və maliyyə təşkilatlarına 7 milyon 501 min manat və ya 47% daha çox kredit verib. Belə ki, 2018-ci ildə bankın qeyd edilən sahəyə verdiyi kreditin məbləği 15 milyon 957 min manat olub.
Bankın problemli kreditləri, elə də problemli olmayıb
2019-cu ildə “NBC Bank”ın vaxtı keçmiş kreditlərinin məbləği 9 milyon 048 min manat təşkil edib ki, bu da ümumi kredit portfelinin 3.58% deməkdir. 2018-ci illə müqayisədə 2019-cu ildə bankın vaxtı keçmiş kreditlərinin məbləği 2 milyon 109 min manat və ya 18,9% azalıb. Belə ki, 2018-ci ildə bankın vaxtı keçmiş kreditlərinin məbləği 11 milyon 157 min manat təşkil edibmiş.
2019-cu ildə bankın qeyri-standart kreditlərinin cəmi 8 milyon 096 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisəd 1 milyon 672 min manat və ya 17,11% azdır. Qeyri-stadart kreditlərin portfeldə xüsusi çəkisi 3.20%təşkil edib.
Bankın vaxtı keçmiş kreditlərinə nəzərə salsaq görərik ki, əsasən vaxtı keçmiş kreditlər bankın istehlak və ticarət və xidmət sahəsinə verdiyi kreditlərdə olub. Belə ki, bankın istehlak üçün verdiyi 143 milyon 795 min manatlıq kreditin 5 milyon 951 min manatının və ya 4,13%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Ticarət və xidmət sahəsinə verdiyi 73 milyon 240 min manatlıq kreditin isə 2 milyon 629 min manatı və ya 3,09%-ni vaxtı keçmiş kreditlər olub.
2019-cu ildə banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin məbləği 7 milyon 514 min manat təşkil edib. Bu məbləğin məcmuu kapitala nisbəti 12.78% təşkil edib. Məlumat üçün bildirək ki, banka aidiyyataı şəxslərə verilən kreditin məcmuu kapiatala nisbəti 20% keçməməlidir.