Quliyev Emin Natiq oğlu “Unibank”Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin yeri buraxdığı səhmlərdən 15 min 716 ədədini alıb.
Eləcə də bax: Unibank-ın yeni səhmlərini 10 investor əldə etdi - HƏRRACIN NƏTİCƏSİ
FED.az xəbər verir ki, əqdn məbləği 42 min 747,52 manatdır (hər birinin nominal qiyməti 2,72 manat olan 15 min 716 ədəd adi, sənədsiz, adlı səhm).
Eləcə də bax: “Unicapital İnvestisiya Şirkəti” törəmə şirkət - YARADIR
Əqdin bağlanmasından sonra Quliyev Emin Natiq oğlu 188 min 308 ədəd adi sənədsiz adlı səhm ilə "Unibank"ın nizamnamə kapitalında 0,3592% paya malikdir. Quliyev Emin Natiq oğlu “Unibank”Kommersiya Bankı” ASC Müşahidə Şurası sədrinin müavinidir.
30 İyun 2022-ci il tarixində “Unibank”Kommersiya Bankı” ASC-nin nizamnamə kapital 9 fiziki və 1 hüquqi şəxsə, o cümlədən 86,69%-i Eldar Qəribova (Bankın Müşahidə Şurasının sədri), 7,3096%-i "Canley Finance" (Lüksemburq) təşkilatına aid idi.
Xatırladaq ki, 29 aprel 2022-ci il tarixdə “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı kapitalın artırılması ilə bağlı qərar verib. Bankın hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlərinin buraxılışı haqda hesabatı 20 iyul 2022-ci il tarixində Mərkəzi Bankda dövlət qeydiyyatına alınıb.
Avqustun 4-də Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin AZ1003002024 dövlət qeydiyyat nömrəli, 11 milyon 900 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb. Abunə yazılışı zamanı yerləşdirmənin anderrayteri olan “Unicapital İnvestisiya Şirkəti” ASC-yə 10 investor tərəfindən 10 sifariş təqdim edilib. Bakı Fond Birjasında keçirilən hərracın nəticəsi olaraq, səhmlər Bankın 10 investoru tərəfindən alınıb. Səhmlərin alışı proporsional qaydada baş verdiyindən, nizamnamə kapitalının artımı nəticəsində səhmdarların pay bölgüsündə dəyişiklik olmayıb.
11 avqust 2022-ci il tarixində səhm emissiyası yekunları haqqında hesabat Mərkəzi Bankda dövlət qeydiyyatına alınıb. Nəticədə Bankın məcmu kapitalı ümumilikdə 12 milyon manata yaxın artaraq, 142 milyon 586 min 357 manata yüksəlib. (Marja)