4 avqust 2022-ci il tarixlərində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin AZ1003002024 dövlət qeydiyyat nömrəli, 11 milyon 900 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb.
Eləcə də bax: “Unibank"ın səhmlərinin satışı üzrə - HƏRRAC KEÇİRİLƏCƏK
FED.az Birja-nın yaydığı məlumata istinadən xəbər verir ki, abunə yazılışı zamanı anderrayterə 10 investor tərəfindən 10 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 11 milyon 900 min manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 11 milyon 900 min manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Səhmlər yerləşdirildirilməsilə "Unibank"ın nizamnamə kapitalı 130 milyon 686 min manatdan 142 milyon 586 min manata yüksəlib.
24.12.2021-ci il tarixinə olan məlumata görə, "Unibank” KB ASC-nin nizamnamə kapitalı 130 milyon 686 min 357,60 AZN təşkil edib. Bankın səhmdarları Qəribov Eldar Mahmud oğlu (86,6960), digər fiziki (5,9944%) və hüquqi (7,3096%) şəxslər idi.