Unicapital İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 30 sentyabr 2022-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən “Unibank”ın Baş ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.
Eləcə də bax: «Unicapital İnvestisiya Şirkəti»nin strukturu dəyişdi - TƏYİNATLAR
FED.az xəbər verir ki, yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:
1. “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi;
2. “Unicapital İnvestisiya Şirkəti” ASC-nin investisiya fondunun idarəedilməsi fəaliyyəti üzrə törəmə cəmiyyətinin yaradılması;
3. “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə aid digər məsələlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.