Xəbər verildiyi kimi, Azərbaycanın ən böyük bankı və ölkənin bank sektorunu lideri olan Azərbaycan Beynəlxalq Bankı – ABB-nin səhmlərinə abunə yazılışı başlayıb.
FED.az xatırladır ki, abunə yazılışı – ABB-nin səhmlərinin alınması üçün müraciətdir.
Vətəndaşlar abunə yazılmaqla ABB-nin almaq istədikləri səhmlərinin sayını və ödəmək niyyətində olduqları qiyməti qeyd etməlidirlər. Səhmlərin sayı 100 ədəddən başlayır və 400 min ədədə qədər arta bilər, səhmlərin qiyməti isə 1 ədəd üçün 27 qəpikdən başlayır – hazırda ABB-nin səhmlərinin nominal qiyməti 27 qəpikdir. Amma alıcı qiymət qrafasına istənilən qiyməti yaza bilər – qiymət nə qədər yüksək olsa, səhmin alınması imkanı da artır.
ABB-nin yeni səhmdarları da 2024-ci ilin nəticələri üzrə - DİVİDENDLƏR ALACAQLAR - MÜSAHİBƏ
Bütün sifarişlər toplandıqdan sonra ABB-nin satışa çıxarılan 322 milyon ədəd səhmi sifarişlərə uyğun bölünəcək. Əvvəlcə ən yüksək qiymət təklif edənlərin sifarişləri yerinə yetiriləcək, sonra bu proses qiymətlərin azalması istiqamətində davam edəcək.
ABB-nin səhmlərinə 13 mindən çox investordan 17 minə yaxın sifariş
Hazırda ABB-nin səhmlərinə abunə yazılışı davam edir – indiyədək minlərlə şəxs ABB-nin səhmlərinə abunə yazılıb və proses sentyabrın 11-dək başa çatmalıdır.
Belə vəziyyətdə hamını maraqlandıran əsas məsələ – ABB-nin səhmlərinin nə qədər qazanc gətirməsidir.
ABB-nin səhmlərinin əsas qazanc mənbəyi onlara görə ödənilən dividenddir. Dividend bankın illik xalis mənfəətindən səhmlərlara ayrılan hissədir. Daha sədə desək, bankın illik xalis mənfəəti bir neçə yerə ayrılır, bunlar bankın inkişafı üçün əlavə sərmayə yatırımı və sair xərclər ola bilər. Bir hissə isə səhmdarlara ödənilir.
ABB ilk yarım ildə 584 milyon manat - GƏLİR ƏLDƏ EDİB
ABB bu sahədə ən intizamlı qurumlardlan biridir. Bank son 6 ildə səhmdarlarına ardıcıl şəkildə dividendlər ödəməkdədir. Eyni zamanda son illər dividendin məbləği ardıcıl olaraq artır. Belə ki,
2021-ci ilin nəticələrinə görə, ABB-nin xalis mənfəəti 140 milyon manat təşkil edib, bundan səhmdarlara 125 milyon manat dividend ödənilib.
2022-ci ilin nəticələrinə görə, bankın illik xalis mənfəəti 290 milyon manat olub. Bundan səhmdarlara 156,6 milyon manat dividend ödənilib.
2023-cü ildə isə ABB-nin illik xalis mənfəəti rekord vuraraq 381 milyon manat təşkil edib. Bu vəsaitin 185 milyon manatı səhmdarlara dividend kimi ödənilib.
ABB-nin səhmlərinin satışında yenilik – SAY ARTIRILDI, DAHA ÇOX ALMAQ MÜMKÜN OLACAQ
Səhmbaşına düşən (yəni bir səhmə görə ödənilən) dividend 2022-ci ildə 2,8 qəpik, 2023-cü ildə 3,4 qəpik, 2024-cü ildə 4,1 qəpik olub. Faizlə ifadə etsək, 2023-cü ilin nəticələrinə görə, səhmin dividend gəlirliyi 15% olub. Səhmin gəlirliyi – bir səhmə düşən dividend gəlirinini səhmin qiymətinə nisbəti (4,1 qəpik / 27 qəpik) sayılır.
Eyni vəziyyətin qarşıdakı dövrdə, yəni 2024-cü ildə də davam edəcəyi gözlənilir. Hər halda ABB-nin maliyyə göstəriciləri bunu deməyə əsas verir. Belə ki, ABB 2024-cü ilin birinci yarısını 172 milyon manatdan çox xalis mənfəətlə başa vurdu, ötən ilin müvafiq dövründə bu rəqəm 164 milyon manat olmuşdu.
Ölkənin ən böyük bankının səhmini almaq üçün - cəmi 27 manat kifayətdir - AZƏRBAYCANDA İLK DƏFƏ
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Nəbi Əliyev bildirib ki, ABB-nin səhmlərini yeni alaraq səhmdara çevriləcək şəxslər artıq bu ildən başlayaraq, yəni 2024-cü ildəki mənfəətə görə dividend ala biləcəklər.
«Yeni səhmdarlarımız da təkcə Bankın cari ilinin deyil, habelə növbəti illərinin də maliyyə nəticələrinə əsasən, dividend gəlirləri əldə edəcəklər. Bank rəhbərliyi 2024-cü ilin yekunları üzrə səhmdarlarımıza dividendin verilməsi məsələsinin Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının gündəliyinə daxil edilməsi üçün müvafiq qaydada təklif irəli sürəcək. Düşünürük ki, ötən illərdə olduğu kimi Səhmdarların Ümumi Yığıncağında bu təklif dəstəklənəcək. Bu isə o deməkdir ki, yeni səhmdarlarımız da gələn ilin ortalarına qədər ABB-dən dividend qazancı əldə edəcəklər»-deyə bankir bildirib.