Azərbaycan Banklar Assosiasiyası (ABA) valyuta satışında tətbiq edilən qaydalarla bağlı mətbuatda yayılan məlumatlara münasibətini açıqlayıb.
ABA-dan FED.az-a daxil olan məlumatda bildirilir ki, məlum olduğu kimi hazırda bütün dünyada koronavirus (COVİD 19) infeksiyasının yayılması nəticəsində bir çox məhdudiyyətlər tətbiq edilir.
İri həcmdə dollar alanlara nəzarət gücləndirilib – MÖHÜRLÜ SƏNƏD, YA DA 14% VERGİ
Bununla əlaqədar olaraq, ölkəmizdə tətbiq edilən müvafiq məhdudiyyətlərə baxmayaraq banklar yaranmış riskli şəraitdə vətəndaşlarımıza xidmət göstərməyə davam etmiş, mümkün qədər müştəri məmnuniyyətinin təmin edilməsi və AR Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri çərçivəsində vətəndaşların bütün növ bank xidmətlərinə, o cümlədən xarici valyutaya olan tələblərinin tam ödənilməsi üçün fasiləsiz çalışmışlar.
Fonddan «NBC Bank»dakı əmanətlərlə bağlı – AÇIQLAMA
Son günlərdə bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə banklar tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar və müzakirələr yer almışdır.
«AG Bank»ın əmanətçiləri də dilə gəldi – «PULLARIMIZA BLOK QOYULUB»
«Bildiririk ki, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər-hansı bir yeni qayda tətbiq edilmir və bununla bağlı banklara hər-hansı yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmamışdır. Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edirlər»-deyə açıqlamada bildirilir.
Azərbaycanda bank rəhbərlərinə ödənilən bonuslar – SİYAHI, MƏBLƏĞLƏR
ABA bildirir ki, ölkə vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər.
Azərbaycan bankı koronavirusdan qorunmaq üçün – EHTİYAT BAŞ OFİS HAZIRLAYIB