Azərbaycanın aparıcı banklarından olan «Acceessbank» koronavirus təhlükəsi ilə əlaqəar olaraq özünə ehtiyat baş ofis hazırlayıb.
Bu barədə FED.az-a «AccesBank»ın sədrinin müavini Andrey Zainulin bildirib.
Azərbaycanda əməkdaşlarına ən çox və ən az - MAAŞ VERƏN BANKLAR – SİYAHI, MƏBLƏĞLƏR
Koronavirusun bank sektoruna təsiri barədə danışan sədr müavini bildirib ki, pandemiyanın yaratdığı risklərdən biri əməliyyat riskidir. «Yəni bankın və onun bütün funksiyalarının fasiləsiz fəaliyyətini təmin etməkdir. Biz bu riskə hazırıq və bizim dəqiq hərəkət planımız var ki, əgər baş ofis və ya hər hansı filialımız, tutaq ki, karantinə bağlansa, necə işləyəcəyik və bizim müştərilər də buna baxmayaraq bankın xidmətlərindən istifadə edə bilsinlər».
Sədr müavini bildirib ki, «Accessbank» hər hansı fövqəladə hal üçsün özünə ehtiyat baş ofis hazırlayıb: «Bankımızın ehtiyat yeri var, hansı ki, baş ofis qısa müddətdə ora köçürülərək fəaliyyətini davam etdirə bilər. Bu, bankın filiallarına da aiddir. Biz bu əməliyyat riskinə tam hazırıq».