Əmanətlərin Sığortalanması Fondu (ƏSF) «NBS Bank»da əmanət qadağası olduğu dövrdə qəbul edilən əmanətlərin taleyi ilə bağlı FED.az-a açıqlama verib.
Eləcə də bax: «NBC Bank» işində maraqlı dönüş: Əmanət Fondu Mərkəzi Bankı - MƏHKƏMƏYƏ VERİR
Qeyd edək ki, «NBC Bank» menecmenti bu problemin həlli üçün ƏSF-nin Mərkəzi Bankı Məhkəməyə verəcəyini bildirmişdi. Fond bu yanaşmanın həqiqətə uyğun olmadığını bildirib: «Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Fondun Azərbaycan Mərkəzi Bankını məhkəməyə verməsi barədə məlumat həqiqətə uyğun deyildir. Xəbərdə qeyd olunan Bankda həqiqətən də requlyatorun tələblərinin pozulması faktı baş verib. Bu zaman vətəndaşların hüquqularının müdafiəsi üçün Fond qanun çərçivəsində bütün addımları atacaqdır».
Başqa sözlə, Fonddan bildirilib ki, qadağa dövründə banka yatırılan əmanətlərin problemi AMB-nin məhkəməyə verilməsi ilə bağlı deyil, başqa üsullarla həll ediləcək.
Bununla yanaşı, fonddan bildirilib ki, sözügedən əmanətlər də qorunan əmanətlərlə eyni vaxtda qaytarılacaq.«Bu zaman vətəndaşların hüquqlarının müdafiəsi üçün Fond qanun çərçivəsində bütün addımları atacaqdır» ifadəsi məhz onu göstərir».