Kredit götürən zaman bankların diqqət etdiyi məqamlardan biri də müştərinin yaşıdır. Müştərinin yaşı bankların kredit ayırmasında rol oynayır.
Hansı bank kredit kartına daha çox güzəşt müddəti verir? – BANKLAR, MÜDDƏTLƏR, SİYAHI
Bankların əksəriyyətində «kredit yaşı» 18- yaşdan başlayır.
Müəyyən mənada məntiqidir – seçkilərə iştirak etmək hüququ da 18 yaşdan başlayır və bankların məntiqi ilə seçki zamanı seçim etmək qabiliyyətinə malik olan şəxs maliyyə qərarlarını da müstəqil şəkildə verə bilər. Kredit götürmək isə əksəriyyətin maliyyə sahəsində ilk təcrübəsidir. Hərçənd bəzi banklar krediti yalnız 21 yaşdan sonra ayırırlar.
Kredit yaşının limiti isə əksər hallarda 65 yaşda bitir. Bankların əoxu rəsmi təqaüd yaşına qədər – yəni 65 yaşa qədər olan vətəndaşlara kredit verirlər. Amma ölkədəki bəzi banklarda kredit rallisi 65 yaşdan sonra da davam edir.
FED.az biznes və maliyyə xəbələri portalı bu dəfə Azərbaycanda fəaliyyət göstərən bankların hansı yaşa qədər vətəndaşlara kredit ayırdığını araşdırıb.
Araşdırma zamanı məlum olub ki, banklar kredit verilməsinə yaş həddi qoyması ilə yanaşı bəzi şərtlər də irəli sürürlər. Məsələn ölkədə ən yüksək yaş qrupuna kredit ayıran «Kapital Bank» belə bir şərt qoyub: Gündəlik tələbat krediti üçün maksimum yaş 73-dür, amma bir şərtlə - 70–73 yaş aralığında olanlar təqaüdünü Kapital Bankdan almalıdır.
«PAŞA Bank»da da oxşar tələb var, amma bu pensiyaçılara deyil, işləyənlərə aiddir. Yəni krediti yalnız bankdan əməkhaqqı alan 20-65 yaş aralığında vətəndaşlara verir.
Digər bir maraqlı şərt «Yelo Bank»dadır. Bu şərt hərbçi, zabit kateqoriyasında olan vətəndaşlara şamil edilir. Belə ki, kredit üçün minimumum yaş 21 olduğu halda, bu kateqoriyadan olan vətəndaşlara minimum yaş həddi 25-dir.
«Bank Melli İran» da minimum yaş həddini 21 yaş müəyyənləşidirib. Amma kredit götürənin valideynlərindən biri zamin durarsa, bu limit 18 yaşadək endirilir.
Beləliklə, Azərbaycanda yaş həddinə görə kredit ayıran banklar arasında «Kapital Bank» birinci yerdədir. Bank 73 yaşa qədər olan vətəndaşlara kredit ayırır. Amma maksimum yaş kreditin növünə görə dəyişir. Belə ki, gündəlik tələbat krediti üçün maksimum yaş 73-dür, amma 70–73 yaş aralığında olanlar təqaüdünü Kapital Bankdan almalıdır. Əmanət təminatlı kredit üçün maksimum yaş həddi yoxdur. Birbank taksit kartı üçün maksimum yaş 67-dir. Bankdan kredit götürmək üçün minimum yaş həddi 18-dir.
Ölkənin ən böyük bankı olan «ABB»də kredit yaşı 20 yaşdan başlayır, maksimum kredit yaşı 70 yaşdır. Yəni müştərinin sonuncu ödəniş tarixi 70 yaşı keçməməlidir.
«Xalq Bank»da istehlak kreditində yaş həddi 20-70 yaşa arasındadır. Kreditin sonuncu ödəniş günü kredit götürənin yaşı 70-dən çox olmamalıdır. İpoteka kreditlərində isə 20 yaşdan (daxil olmaqla) kreditin verildiyi ana qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş təqaüd yaşına qədər müəyyən edilib.
«Azər-türk Bank»da istehlak krediti almaq üçün 18-70 yaş aralığında olan şəxslər müraciət edə bilərlər. «ATB Card» kredit üzrə kredit kartı sifarişi etmək üçün müraciət edən şəxsin yaşı 20–60 aralığında olmalıdır. İpoteka krediti kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddinədək götürülür
«Unibank»da nağd kredit və mikro kredit 18-70 yaş arasında vətəndaşlara verilir. İpoteka krediti Kreditin son ödəniş tarixi borcalanın yaşı qanunvericiliklə müəyyən olunan pensiya yaş həddindən çox olmamalıdır.
«Bank Respublika»da kredit üçün müraciət 20 yaşdan 70 yaşadək mümkündür. 65 yaşdan yuxarı müştərilərdən zamin və əlavə girov tələb oluna bilər.
«Yelo Bank»da kredit üçün müraciət yaşı 21 yaşdan başlayır, maksimum yaş həədi 65 yaşdır. Kredit götürən şəxs hərbiçi, zabit kateqoriyasındadırsa, kredit üçün minimum yaş 25-dir.
«PAŞA Bank»da kreditə müraciət üçün yaş həddi 20-65 yaş aralığındadır. Bu bankdan kredit almaq üçün əməkhaqqını bankdan almaq lazımdır.
«Accesbank»da nağd pul kreditlərində yaş həddi 21-65 yaş, lombard kreditlərində 21-70 yaş arasındadır.
«Rabitəbank»da nağd pul kreditlərinə müraciət üçün yaş həədi 20-65, lombard kreditində 70 yaşa qədərdir.
«Bank of Baku»da kreditə müraciət üçün yaş həddi 20-70 yaş aralığındadır.
«Ziraat Bank Azərbaycan»da kredit üçün minimal yaş həddi 22 yaş, maksimal yaş həddi kredit müqaviləsinin bağlanma tarixi borcalanın təqaüd yaşına qədərdir.
«Azərbaycan Sənaye Bankı»nda kreditə müraciət üçün yaş həddi 18-65 yaş aralığındadır.
«Turan Bank»da kreditə müraciət üçün minumum 20 yaş tələb olunur. Maksimum kredit yaşı isə kreditin bitmə müddətində vətəndaşın 68 yaşına qədərdir.
«Yapı Kredi Bank»da kreditə müraciət üçün yaş həddi 20-70 yaş aralığındadır.
«Premium Bank»da kreditə müraciət üçün yaş həddi 18-65 yaş aralığındadır.
«Express Bank»da kredit müraciəti edən şəxsin minimum 20, maksimum 70 yaşı (kreditin bitmə tarixi 70 yaşadək) olmalıdır.
«AFB Bank»da kreditə müraciət üçün yaş həddi 20-70 yaş aralığındadır.
«VTB Bank»da kreditə müraciət üçün yaş həddi 20-65 yaş aralığındadır.
«Bank Avrasiya»da kreditə müraciət üçün yaş həddi 18-65 yaş aralığındadır.
«Bank Melli İran»da kreditə müraciət üçün minimum 21 yaş, maksimum 65 yaş aralığındadır. Amma Kredit müraciətçisinin valideynlərindən biri zamin durduqda yaş məhdudiyyəti 18 dək aşağı endirilir.













