Bankların təklif etdiyi kredit kartı məhsulları vətəndaşların maliyyə əlçatanlığını artırır. İstənilən anda vəsaitin əlçatan olması kredit kartlarının üstünlüklərindəndir. Bu zaman vəsaiti həm nağd çıxarmaq, həm də nağdsız ödəniş etmək imkanı yaranır.
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? – BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (Avqust, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, adətən kredit kartlarının faiz dərəcələri nağd pul kreditlərindən daha yuxarı olsa da, bəzi xüsussiyyətləri onu daha sərfəli edir.
Belə ki, kredit kartları ilə nağdsız qaydada ödəniş edən zaman həmin vəsaiti yerinə faizsiz qoymaq üçün banklar güzəşt müddəti təyin edir. Bu zaman müşətəri pulu xərcləyir, 30-70 gün ərzində ödəniş edərsə, heç bir faiz ödəmir. Güzəşt müddəti də banklardan asılı olaraq dəyişir.
FED.az biznes və maliyyə xəbərləri portalının apardığı araşdırma zamanı məlum olub ki, Azərbaycanda banklar kredit kartlarına 30-72 gün müddətində güzəşt müddəti təyin edir.
Banklar arasında ən uzun müddət güzəşt müddəti təklif edən bank «Unibank»dır. Bu bankda müştəri nağdsız qaydada xərclədiyi pulu 72 gün ərzində heç bir faiz ödəmədən geri qaytara bilir.
Bu baxımdan «Yelo Bank» və «Rabitəbank»ın da kredit kartları sərfəlidir. Belə ki, «Yelo Bank»ın kredit kartlarında və «Rabitəbank»ın kredit kartlarında güzəşt müddəti 70 gündür.
Ölkənin ən böyük banklarından olan «ABB» və «Kapital Bank» da kifayət qədər yetərli güzəşt müddəti təyin edib. Belə ki, bu banklarda nağdsız xərclənən pulun 60 gün ərzində ödənişi zamanı heç bir faiz hesablanmır. «Bank of Baku»da da kredit kartları üzrə güzəşt müddəti 60 gün təşkil edir.
«AccessBank» kredit kartları üzrə fərqli güzəşt müddəti təyin edib. Bankın «MyCard» kredit kartlarında güzəşt müddəti 45 gün, «OK» kart kredit kartlarında güzəşt müddəti 30 gün müəyyənləşib.
Ölkədə fəaliyyət göstərən banklar arasında kredit kartına nisbətən daha az güzəşt müddəti verən banklar «PAŞA Bank», «Xalq Bank» və «Turan Bank»dır. Bu bankların kredit kartlarında güzəşt müddəti müvafiq olaraq 35, 35 və 30 gündür.
Bankların kredit kartlarına verdiyi güzəşt müddəti daha ətraflı:
|
S/N |
Banklar |
Güzəşt müddəti |
|
1 |
Unibank |
72 günədək |
|
2 |
Yelo Bank |
70 günədək |
|
3 |
Rabitəbank |
70 günədək |
|
4 |
Azərbaycan Beynəlxalq Bankı ABB |
60 günədək |
|
5 |
Kapital Bank |
60 günədək |
|
6 |
Bank of Baku |
60 günədək |
|
7 |
AFB Bank |
50 günədək |
|
8 |
AccessBank |
MyCard - 50 günədək |
|
9 |
Bank Respublika |
45 günədək |
|
10 |
Premium Bank |
"AllMiles" kartları 45 günədək |
|
11 |
Azər‐Türk Bank |
40 günədək |
|
12 |
Ziraat Bank |
40 günədək |
|
13 |
Expressbank |
40 günədək |
|
14 |
Bank Avrasiya |
40 günədək |
|
15 |
Paşa Bank |
35 günədək |
|
16 |
XalqBank |
35 günədək |
|
17 |
Turan Bank |
30 günədək |













