Kredit götürən zaman bankların diqqət etdiyi məqamlardan biri də müştərinin yaşıdır. Müştərinin yaşı bankların kredit ayırmasında rol oynayır.
Hansı bank kredit kartına daha çox güzəşt müddəti verir? – BANKLAR, MÜDDƏTLƏR, SİYAHI
FED.az xəbər verir ki, bankların əksəriyyətində kredit yaşı 65 yaşda bitir, pensiya yaşı çatdısa vətəndaş kredit ödəmə qabiliyyətini itirmiş sayılır.
Amma bəzi banklarda bu limit daha artıqdır. – onlarda kreditli həyat 65 yaşdan sonra da davam edir. Yeri gəlmişkən, yaxın vaxtlarda bank sektorunda gözlənilən yeniliklərdən biri bu sahədə bankların davranışını dəyişə bilər. Belə ki, sentyabr ayından etibarən banklar arasında rəqabəti gücləndirmək üçün vətəndarlara pensiya və maaş verilən bankı seçmək hüququ veriləcək. Yəni vətəndaşlar maaş və pensiyanı alacaqları bankı özləri seçəcəklər.
Belə vəziyyətdə müştəriləri daha yaxşı şərtlərlə cəlb etmək üçün banklar müəyyən şərtləri yumşaldacaqlar. Həmin tədbirlərdən biri də kredit yaşının artırılması olacaq.
Hələliksə ölkə banklarının bu sahədəki təklifləri bir birindən fərqlidir.
FED.az biznes və maliyyə xəbələri portalı Azərbaycanda pensiyaçılara da kredit ayıran bankları dəqiqləşdirib.
«Kapital Bank»da pensiyaçılara kreditlə bağlı variantlar çoxdur: 70-73 yaşlılara kredit ayrılır, amma bir şərtlə ki, onlar təqaüdünü Kapital Bankdan almalıdır. Əmanət təminatlı kredit üçün maksimum yaş həddi yoxdur – limitsizdir – lap 90 yaşadək götürmək olar. Birbank taksit kartı üçün maksimum yaş həddi isə 67-dir.
Ölkənin bank sektorunun lideri olan «ABB»də maksimum kredit yaşı 70 yaşdır. Yəni müştərinin sonuncu ödəniş tarixi 70 yaşı keçməməlidir.
«Xalq Bank»da istehlak kreditində yaş həddi 70 yaş arasındadır. Amma bu qayda ipotekaya aid deyil - ipoteka kreditlərində yaş həddi təqaüdə qədərdir.
«Unibank»da nağd kredit və mikro kredit 70 yaşa qədər verilir. İpoteka krediti isə son hədd isə təqaüd yaşına qədərdir.
«Bank Respublika»da kredit üçün müraciət 70 yaşadək mümkündür. Amma 65 yaşdan yuxarı müştərilərdən zamin və əlavə girov tələb oluna bilər.
«Accesbank»da pensiyaçılara kredit verirlər, amma bu yalnız lombard kreditlərinə aiddir - 70 yaşa qədər.
«Rabitəbank»da da eyni qaydadır – pensiyaçılar bu bankdan lombard kreditini 70 yaşa qədər götürə bilərlər.
«Bank of Baku»da kreditə müraciət üçün yaş həddi 20-70 yaş aralığındadır.
«Turan Bank»da kreditə müraciət üçün minumum 20 yaş tələb olunur. Maksimum kredit yaşı isə kreditin bitmə müddətində vətəndaşın 68 yaşına qədərdir.
«Yapı Kredi Bank»da kreditə müraciət üçün yaş həddi 20-70 yaş aralığındadır.
«Express Bank»da kredit müraciəti edən şəxsin minimum 20, maksimum 70 yaşı (kreditin bitmə tarixi 70 yaşadək) olmalıdır.
«AFB Bank»da kreditə müraciət üçün yaş həddi 20-70 yaş aralığındadır.













