31 mart 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.9 mlrd. manat, cəmi öhdəlikləri isə 24.0 mlrd. manat təşkil etmişdir. Bu barədə FED.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.6 mlrd. manat olmuşdur. 2018-ci ilin mart ayı ərzində bank sektorunun aktivləri 2.1% (591 mln. manat), öhdəlikləri 2.3% (576 mln. manat), kapitalı isə 0.4% (15 mln. manat) artmışdır.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,455 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,389 nəfər təşkil etmişdir. Mart ayında bank sektorunda işçi sayı 0.4% və ya 58 nəfər artmışdır.
31 mart 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
Eləcə də bax: Bank işçilərinin sayı artıb
Eləcə də bax: Mərkəzi Bankın valyuta ehtiyatları yenidən azalır
Eləcə də bax: Bank sektorunun aktivləri düşüb
Eləcə də bax: Əhali 157 milyon manatını banklardan geri götürdü - 1 AYDA
Eləcə də bax: Bir ayda bankdan pul axını 426 milyon manat olub