Azərbaycan banklarının Mərkəzi Bank qarşısında öhdəliyi bu il aprelin 1-nə 499,5 mln. manat təşkil edib. FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ilin əvvəlinə nisbətən 1,7%, illik müqayisədə isə 41,8% azdır.
Əmanətçilər qarşısında öhdəlikləri isə 16 milyard 717 milyon manatdır. Bunun 7 milyard 580 milyon manatı fiziki şəxslərə olan borclardır. Fevral ayında depozitləri 17 milyard 143 milyon idi. Demək bir ayda bankdan pul axını 426 milyon manat olub.
İqtisadçı Vüqar Bayramov hesab edir ki, manatla olan depozitlərin bir qismi banklardan çəkildi. Eyni zamanda "Dəmirbank"ın əmanətlərinin mərhələli şəkildə qaytarılması da portfelə təsir edir.
İlhamə Abdullayeva
1 ayda əhali 426 milyon manatını banklardan geri götürdü
16:58
4 May 2018