31 mart 2018-ci il tarixinə banklarda əhalinin əmanətləri 7 milyard 580 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən məlumata görə, Mart ayında əhalinin əmanətləri 157,2 milyon manat azalıb. 28 fevral 2018-ci il tarixində banklarda əhalinin 7 milyard 737 milyon manat əmanətləri var idi.
Qeyd edək ki, ötən ilin sonunda banklardakı əmanətlərin həcmi 7 milyard manat 542,5 milyon manat təşkil edirdi. Yəni yanvar-fevral aylarında əmanətlərin artımı baş vermişdi. Amma martda əmanətlər yenidən azalmağa başlayıb.
Əmənətlərin azalmasının əsas səbəbi bankların kredit faizlərini aşağı salmasıdır.
Əhali 157 milyon manatını banklardan geri götürdü - 1 AYDA
16:54
4 May 2018