"Biznesdə hərənin öz payı, öz işi olmalıdır, mən tərəfdarıyam ki, rəqabət olmalıdır. Rəqabət olmayanda olmayanda ticarət, istehsalat, və sair sahələrdə inkişaf olmayacaq".
«Günay Bank»ın sahibi ona edilən sui-qəsd və Heydər Əliyevlə görüşü - HAQQINDA DANIŞDI - VİDEO
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın tanınmış iş adamı, «Günay Bank» və «Günay sığorta» şirkətlərinin sahibi Mahmud Məmmədov jurnalist Eynulla Fətallayevə müsahibəsində bildirib.
«Günay Bank» kiçilir, kreditlərin yarıdan çoxu qaytarılmır - İKİQAT AZALMA – HESABAT
Öz biznes karyerası və «Günay Bank»ın fəaliyyəti barədə danışan Mahmud Məmmədov, bir il əvvələ qədər Mərkəzi Banka rəhbərlik etmiş Elman Rüstəmovdan narazılığını bildirib. O vaxtilə Mərkəzi Bankın sədri Elman Rüstəmovun «Günay Bank»ın fəaliyyətinə mane olduğunu da açıqlayıb, onun banklar arasında ayrı-seçkilik etdiyini bildirib: «Bilmirəm ona nə etmişdim, amma hərtərəfli mane olurdu, bizə çox qısqanclıqla yanaşırdı».
M.Məmmədov bildirib ki, bankın ehtiyacı olsa da, AMB «Günay Bank»a vəsait ayırmayıb.
«Elə banklar vardı ki, 500-600 milyon manat kredit verirdi, bizə isə 1-2 milyon manat kredit verməyi də çox görürdü»-deyə bankir bildirib.
O qeyd edib ki, hazırda «Günay Bank»ın Mərkəzi Banka heç bir borcu yoxdur.