Azərbaycanın aparıcı banklarından olan «Bank Respublika»nın səhmdarlarının sırasında dəyişiklik var.
FED.az xatırlladır ki, bankın səhmlərinin böyük hissəsinə onun təsisçiləri olan Quliyevlər ailəsi nəzarət edir. 2019-cu ilin sonuna olan məlumata görə, bankın səhmlarları sırasına Quliyevlər ailəsinin daha bir üzvü hazırki ən böyük iki səhmdarın qardaşı – Quliyev Namiq Saday oğlu da daxil olub – onun payı 7,41%-dir.
Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edir
Bankda indiyədək payı olan Quliyev Saday Əsəd oğlu və Quliyevlər ailəsinn xanım üzvləri Quliyeva Sevda Saday qızı v Quliyeva Mariya Heydər qızı payçılıqdan çıxıblar.
Quliyev Saday Əsəd oğlunun 7,32%-lik payı oğlu Elçin Saday oğlu Quliyevə (Müşahidə Şurasının üzvü), Quliyeva Sevda Saday qızının 7,41%-lik payı qardaşı Namiq Quliyevə, mərhum Mariya Heydər qızı Quliyevanın payı isə Natiq Saday oğlu Quliyevə (Müşahidə Şurasının üzvü) keçib.
Bankın Müşahidə Şurasının sədri Şakir Rəhimovun səhm zərfi – 5,45%, eləcə də Almaniyanın DEG investisiya və "Sparkassen International Development Trust" şirkətlərinin payları isə dəyişməyib.
Azərbaycanın ən böyük - 5 BANKI - SİYAHI
2019-un sonuna bankda pay bölgüsü belədir:
Quliyev Natiq Saday oğlu 51,15%
DEG - Deutsche Investitions - und Entwicklungsgesellschaft mbH 16,60%
Quliyev Elçin Saday oğlu 15,06%
Quliyev Namiq Saday oğlu 7,41%
Rəhimov Şakir Xəyyam oğlu 5,45%
SIDT (Sparkassen International Development Trust GmbH) 4,25%
Digərləri 0,10%
"Bank Respublika" fermerlərə kreditləri - DAHA RAHAT VƏ SÜRƏTLƏ VERƏCƏK!