Ölkəmizdə sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində növbətiaddımını atıb.
FED.az xəbər verir ki, Bank 28 may – Respublika Günü ərəfəsində, Quba, Lənkəran, Bərdə və Zaqatala rayonlarında daha öncə müqavilələr bağlanılan həssas əhaliqruplarına özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraqmüxtəlif avadanlıqlar təqdim edib.
Bununla da Bank, respublikamızın müxtəlif regionlarında sosial müdafiəyəxüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburiköçkünlərə dəstək istiqamətində gördüyü işlərə davam edib.
Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və AzərbaycanBanklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsindəvə ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.