Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə aktivləri 1 milyard manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda aktivlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2020)
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 880,952 milyon manat), "PAŞA Bank" (4 759,677 milyon manat), "Kapital Bank" (4 412,658 milyon manat), "Xalq Bank" (2 282,872 milyon manat) və "Bank Respublika"dır (1 344,75 milyon manat).
Azərbaycanda kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2020)
Qalan 23 bankdan 21-nin aktivləri 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankın aktivləri isə 100 milyon manatdan azdır (Renkinq).
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2020)