“Azər Türk Bank”ın Yasamal filialı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
FED.az xəbər verir ki, filial cümə günündən etibarən fəaliyyətini müvəqqəti dayandırıb. Bankın iyunun 24-dən etibarən fəaliyyətini bərpa edəcəyi bildirilib.
Azərbaycan bankı koronavirusdan qorunmaq üçün – EHTİYAT BAŞ OFİS HAZIRLAYIB
Məsələ ilə bağlı “Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayev faktı təsdiqləyib.
R.Ağayev qeyd edib ki, “Azər Türk Bank”ın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVİD-19 virusuna yoluxub:
Eləcə də bax: Daha bir neçə deputatda - KORONAVİRUS AŞKARLANDI
“Bununla əlaqədar olaraq bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin təşkili həyata keçirilib. Filialın yerləşdiyi binada mütəxəssislər dezinfeksiya işlərini yerinə yetirib. Hazırda həmin filialın müştərilərinə Baş ofisdə və digər filiallarda xidmət olunur”.
Onun sözlərinə görə, Yasamal filialı sabah, 24 iyun tarixindən etibarən yeni tərkibdə fəaliyyətini davam etdirəcək. (Modern)