“Yapı Kredi Bank Azərbaycan” bu ilin birinci yarısına maliyyə göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, bank bu ilin ilk 6 ayını 3 mln 384 min manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur.
Eləcə də bax: Ziraat Bankın aktivləri - 16% AZALIB
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan” 408 mln 917 min manat cəmi aktivlərə malik olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cüzi 0.51% artım deməkdir.
Bank müştərilərinə bu ilin birinci yarısında 167 mln 844 min manat kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.08% çoxdur.
Eləcə də bax: Böyük məbləğdə zərərlə bağlı - BANKDAN AÇIQLAMA
"Yapı Kredi Bank Azərbaycan”nın ilin birinci yarısında öhdəlikləri 1.25% azalaraq 328 mln 287 min manat təşkil edib.
Bankın cəmi kapitalı ötən birinci yarısı ilə müqayisədə 6 mln 271 min manat və ya 8.43% artaraq 80 mln 630 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycanın bank sektorunda - ƏMƏK HAQLARI AÇIQLANDI – MƏBLƏĞLƏR
Azərbaycandakı Türkiyə bankının vəziyyəti - MƏLUM OLDU
16:44
29 İyul 2019