“Ziraat Bank Azərbaycan” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 194,16 milyon manat təşkil edib. “FED.az” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 15,5% azdır.
“Zıraat Bank Azərbaycan”ın aktivlərinin 117,732 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33% böyüyüb.
Hesabat dövründə “Zıraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri 23,4% azalaraq 124,728 milyon manata, o cümlədən depozit portfeli 30,4% azalaraq 65,658 milyon manata düşüb, cəmi kapitalı isə 3,5% artaraq 69,432 milyon manata çatıb.
Bu ilin yanvar-iyun aylarında “Zıraat Bank Azərbaycan”ın gəlirləri 10,668 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 24,7% çox), xərcləri 6,247 milyon manat (13% çox), xüsusi ehtiyatlara ayırmaları 2,575milyon manat (55,9% çox), mənfəət vergisi ödəmələri isə 43 min manat (81,9% az) təşkil edib. Son nəticədə Bank I yarımili 1,803 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 58,6% çoxdur.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.