Azərbaycanda fəaliyyət göstərən yeganə İran Bankı - "Bank Melli İran" Bakı filialının ilin ilk yarısını böyük zərərlə baş vurması problemli aktivlər və bu aktivlər üzrə mümkün zərərlərə görə böyük məbləğlə ehtiyat ayırmalarla əlaqədardır. Bu barədə FED.az-a "Bank Melli İran" Bakı filialından bildirilib.
Eləcə də bax: «Gilan»ın bankının vəziyyəti məlum oldu – HESABAT
Xatırdadaq ki, 2019-cu ilin ilk yarım ilinin nəticələrinə görə, "Bank Melli İran" Bakı filialı 16,9 milyon manat zərərdədir. Bu bankın cəmi aktivlərinin 17,4%-i olmaqla yanaşı, indiyədək yarım illik hesabatlarını açıqlamış banklar arasında hələlik ən böyük zərər göstəricisidir.
Eləcə də bax: Bakıda İran Bankının binasını söküb – PULUNU VERMƏYİBLƏR
Bankın Bakı filialının nümayəndəsi Ülviyyə Kazımova FED.az-a bildirib ki, belə böyük zərər bankın aktivlər üzrə mümkün zərərlərə görə böyük məbləğdə ehtiyat ayırmaları ilə bağlıdır. Ehtiyat yaradılmış aktivlərin böyük hissəsi daşınmaz əmlaklardır ki, bunun da bir qismi sökülmüş əmlakdır.
Bank nümaynədəsi onu da bildirib ki, İrana qarşı tətbiq edilən sanksiyalar və digər banklar tərəfindən İrana pul köçürmələrində problem yarandığına görə,müştərilər İran Melli Bankın Bakı filialına müraciət edirlər.
Bank Melli İranın Bakı filialının Bakı Şəhər İcra Hakimiyyəti ilə məhkəmə prosesinə aydınlıq gətirən bank nümayəndəsi qeyd edib ki, bank ofisin sökülməsinə görə kompensasiya olaraq 9 mln manat tələb edir. Bakı Şəhər İcra Hakimiyyəti isə bu tələbi ödəmədiyindən iki qurum arasında məhkəmə prosesi uzun müddətdir ki, davam edir.
Böyük məbləğdə zərərlə bağlı - BANKDAN AÇIQLAMA
12:37
24 İyul 2019