Azərbaycanda ilk dəfə olaraq könüllü kredit qadağası mexanizmi tətbiq ediləcək.
Azərbaycan banklarının problemli kreditlərinin həcmi - 800 MİLYON MANATA YAXINLAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev «Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri» mövzusunda keçirilən tədbirdə bildirib.
Problemli istehlak kreditlərinin həcmi 310 milyon manata çatdı - İLLİK 14% ARTIM
Onun sözlərinə görə, könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə edəcəklər.
Bu fırıldaqçılıq hallarının və risklərinin ciddi şəkildə azalmasına xidmət etmiş olacaq.
Xatırladaq ki, vətəndaşların özlərinə könüll kredit qadağası qoyması son illər dünyada sürətlə yayılan müdafiə mexanizmidir. Yeni qaydanın mahiyyəti ondan ibarətdir kİ, vətəndaş özün məsafədən kredit götürmək barədə qadağa qoyur. Nəticədə onun xəbəri olmadan onun adından onlayn kredit götürmək mümün olmur. Bu isə həmin vətəndaşı xəbərsiz onlayn kreditlərdən və fırıldaqçılıq hallarından qoruyur.
Vətəndaşların xəbəri olmadan onların adına kredit götürülməsi, notariuslarda borc müqaviləsi bağlanılması və sair hallar tez tez baş verir. İndi isə yeni xidmət vasitəsilə vətəndaşlar özlərinə qadağa qoyua biləcəklər. Vətəndaşlar kredit qadağasını tamamilə və qismən tətbiq edə bilərlər.
Məsələn onlayn kredit götürməyi qadağa edib, yalnız şəxsən banka gəlməklə kredit götürmək imkanını saxlamaq olar və s. Sistem belə işləyir: hər hansı vətəndaşın adından kredit üçün müraciət olduqda bank və BOKT-lar sistemdə həmin vətəndaşın özünə kredit qadağası qoyuduğunu görəcək və kredit müraciətinə baxmaqdan imtina edəcəklər.
Oxşar qayda bir qədər əvvəl Rusiyada da tətbiq edilib. Rusiya hökuməti ölkə vətəndaşlarını onlardan xəbərsiz kredit fırıldaqçılığından qorumaq üçün yenilik tətbiq edib.
FED.az xəbər verir ki, yeniliyə əsasən, istənilən şəxs dövlət xidmətləri portalı (Azərbaycandakı «Elektron hökumət» portalının analoqu) vasitəsilə özünün kredit və borc götürməsinə qadağa qoya bilər. Eyni zamanda vətəndaşlar qadağa qoyuduqları kimİ, bu qadağanı asanlıqla ləğv edə bilərlər.












