Azərbaycanın fiziki və hüquqi şəxsləri, eləcə də ölkə banklarında hesab açmaq istəyən xarici vətəndaşlar banka getmədən, məsafədən bank hesabını aça biləcəklər. FED.az xəbər verir ki, artıq bununla bağlı tələb olunan hüquqi normativ baza yaradılıb.
Eləcə də bax: “Kapital Bank”ın rəhbərliyindən “AFB Bank”a transfer - YENİ TƏYİNAT
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nı təsdiqləyib. Qaydalara görə, ilk dəfə olaraq məsafədən bank hesablarının açılmasına icazə verilir. Bunun üçün ilk dəfə olaraq banklar və müştərilər arasında videogörüntülü bağlantı tətbiq ediləcək.
Eləcə də bax: “Expressbank”ın Müşahidə Şurasına - YENİ SƏDR TƏYİN EDİLİB
Sənədə əsasən, yeni müştəri üçün məsafədən bank hesabının açılması hüquqi və fiziki şəxslər üzrə aşağıdakı qaydada aparılır:
- rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video görüntü ilə və tələb olunan məlumatları təqdim etməklə bank hesabı aça biləcəklər.
Adi hesablar açıldıqda bank hesabının açılması üçün gücləndirilmiş elektron imza və video görüntü tələb olunacaq.
Bundan başqa, müştərilər illik dövriyyənin həcmindən asılı olaraq məsafədən iki cür bank hesabı aça biləcəklər.
Eləcə də bax: Azərbaycanda banklar «öz müştərilərini» tanıyacaqlar» - YENİLİK
İllik dövriyyəsi 6 min manatdan artıq olmayan hesabın açılması üçün isə videogörüntü və əlavə məlumatlar kifayət edəcək: «Video görüntü ilə 1 il ərzində həcmi 6000 manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil və məxaric əməliyyatların aparılması məqsədilə açılacaq bank hesabı üçün».
Bu zaman müştəri xüsusi təyinatlı informasiya resursu vasitəsilə eyniləşdirilir. Əmək haqqı və sosial sığorta ödənişləri üzrə video görüntü vasitəsi ilə bank hesabının açılmasına yol verilmir.
İllik dövriyyəsi 500 manatdan artıq olmayan hesab açmaq üçün isə müvafiq informasiya resursunda autentifikasiya vasitəsilə hesab açmaq mümkün olacaq. Bu hesablar vasitəsilə yalnız milli valyutada pul köçürmələrinə, habelə mal, iş və xidmətlərin dəyərinin ödənilməsinə icazə verilir. Bundan başqa, vəsaitlərin başqa şəxslərin bank hesablarına köçürülməsinə yol verilmir.
Digər maraqlı məqam: Qaydalara əsasən, bankda fiziki iştirakı ilə eyniləşdirilməsi aparılmış və bank hesabı mövcud olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər üçün məsafədən yeni bank hesabının açılması zamanı onlardan eyniləşdirilmə və verifikasiya və əlavə sənəd tələb olunmayacaq. Yəni bu şəxslər bankda məsafədən rahatca yeni hesabları aça biləcəklər.