“Expressbank” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
“Expressbank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının 15 iyun 2019 – cu il tarixində növbədənkənar Ümumi Yığıncağı keçirilib.
Bankdan FED.az-a verilən məlumata görə, Ümumi Yiğıncaq “Expressbank” ASC-nin bir sıra cari məsələlərini müzakirə edərək bankın kənar audit hesabatını təsdiq etmişdir.
Eyni zamanda “Expressbank” ASC-nin Səhmdarların Ümumi Yığıncağında Müşahidə Şurasının sədri Emin Məmmədovun istefası qəbul edilərək 02 iyul 2019-cu il tarixindən etibarən Əhəd Əbülfəz oğlu Əliyevin bankın Müşahidə Şurası sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunmuşdur. 1965-ci il təvəllüdlü Ə.Əliyev elmlər namizədidir. 2012-ci ildən “Azenco Group” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.
Ümumi Yığıncağın digər bir qərarı ilə Roksana Əfəndiyeva əvəzinə Vaqif Davudov“Expressbank” ASC-nin Müşahidə Şurasının üzvü seçilmişdir.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur.