“Kapital Bank”ın rəhbərliyindən “AFB Bank”a transfer olub.
FED.az-ın bank mənbələrindən əldə etdiyi məlumata görə, “Kapital Bank”ın idarə heyəti sədrinin müşaviri İqbal Rüstəmov “AFB Bank”a İdarə Heyətinin Sədr Müavini təyin edilib.
Eləcə də bax: “AFB Bank” işçilərinin sayını - AZALDIB
O artıq iyul ayının əvvəlindən etibarən yeni vəzifəsinin icrasına başlayıb.
Bankdan məsələ ilə bağlı FED.az-a açıqlama verilərkən bildirilib ki, “Kapital Bank”ın idarə heyəti sədrinin müşaviri İqbal Rüstəmov “AFB Bank”a idarə heyətinin sədr müavini vəzifəsinə təyin edilməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət palatasına təklif göndərilib. Hələ bu təyinat palata tərəfindən təsdiq olunmayıb". Bank sədri palatanın təsdiqindən sonra bu təyinat barədə “AFB Bank”-ın rəsmi məlumat yayımlayacaq.
Eləcə də bax: «Gilan Holdinq» özünə gəlir - NİZAMNAMƏ KAPİTALINI ARTIRDI
Qeyd edək ki, İqbal Rüstəmov bu ilin aprel ayında “Kapital Bank”ın idarə heyəti sədrinin müşaviri təyin edilmişdi. Bundan əvvəl isə Bank Məhsulları departamentinin direktoru vəzifəsində çalışıb.
“Kapital Bank”ın rəhbərliyindən “AFB Bank”a transfer - YENİ TƏYİNAT
08:14
8 İyul 2019