Azərbaycan bankları bankomatlar vasitəsilə nağd valyuta dəyişmə – «exchange» xidmətini dayandırıblar.
Yenilik: 1200 əskinası 60 saniyədə qəbul edə biləcəksiniz – MÜSAHİBƏ
FED.az xəbər verir ki, indiyədək belə xidməti təqdim edən «Paşa Bank» və «Unibank»ın xüsusi bankomatlarında «exchange» funksiyası deaktiv edilib.
Eləcə də bax: Azərbaycanda daha bir şirkət - VALYUTADƏYİŞMƏ LİSENZİYASI ALDI
Xatırladaq ki, sözügedən funksiya sayəsində bankomata nağd şəkildə xarici valyuta daxil etməklə nağd manat çıxarmaq mümkün idi. Bu xidmət xüsusilə qeyri-iş saatlarında və turistlər üçün faydalı idi.
«Unibank»dan yenilik: Bütün kartlara pul köçürməsi – KOMİSSİYASIZ OLDU
İndi isə banklar bu xidməti dayandırıblar - banklardan verilən məlumata görə, hazırda bu əməliyatı yalnız kart vasitəsilə həyata keçirmək mümkündür. Yəni müştərilər kart daxil etməklə bankomatda valyuta mübadiləsi edə bilərlər.
«PAŞA Bank» POS-terminallara görə sahibkarlardan - ƏLAVƏ KOMİSSİYA ALACAQ – YENİ QAYDA
FED.az-ın əldə etdiyi məlumatlara görə, bankların sinxron şəkildə bu xidmətdən imtina etməsinin səbəbi «exchange» xidməti zamanı bankomatlara saxta dollar əskinaslarının daxil edilməsi olub. Bankomatlardakı təhlükəsizlik qurğuları əskinasları lazımi səviyyədə yoxlaya bilmədiklərinə görə, bəzi hallarda fırıldaqçılar bankomatı «aldada» biliblər.
Ona görə də banklar tərəfindən bu xidmətdən imtina edilməsi qərara alınıb.