Bu günə kimi iri nağd vəsaitlərini hesaba qoymaq üçün banka getmək lazım gəlirdi, lakin artıq buna ehtiyac qalmayacaq. Çünki bank müştərisi olan fərdi sahibkarlar və hüquqi şəxslər banka gəlmədən iri məbləğli nağd vəsaitlərini bankdakı hesablarına yatıra biləcəklər.
Eləcə də bax: Bank sektorunun «zəhmətkeşi»: «Bank Respublika» 30 illiyini - QEYD EDİR
FED.az xatırladır ki, bir qədər əvvəl «Bank Respublika», Bankın müştəriləri olan fərdi sahiblarlar və hüquqi şəxslər üçün yeni imkan yaradıb. Bankın biznes müştəriləri buraya gəlmədən iri həcmli nağd pul vəsaitlərini «KorpON» terminalları vasitəsilə toplu şəkildə bank hesablarına mədaxil edə biləcəklər. Bu üsulla hesaba birdəfəlik 100 min manat vəsait yatırmaq mümkündür.
Nəticədə bank müştəriləri hətta bankda iş vaxtı bitdikdən sonra da və ya bankda növbə tutmadan hesablarına pul əlavə edə bilərlər.
FED.az «Bank Respublika» vasitəsilə bu yeniliyi təqdim edən «KorpON» ödəniş sistemləri şirkətinin icraçi direktoru Cəmil Bağırovdan müsahibə alaraq xidmətin detallarını dəqiqləşdirib.
Şirkətin direktorunun sözlərinə görə, «KorpON» terminallarının digər ödəmə terminallarından üstünlüyü 1 dəqiqədə 1200 əskinası istənilən ardıcıllıqda və toplu şəkildə qəbul etmək imkanının olmasındadır.
- Cəmil bəy, əvvəlcə şirkət haqqında danışardınız: fəaliyyəti, əsas istiqaməti, hədəfləri və s.
- «KorpON» MMC şirkəti 2021-ci ildə təsis edilib. Məqsədimiz hüquqi və fiziki şəxslərin iri həcmli, nağd ödəniş və inkassasiya proseslərini asanlaşdırmaqdır. Şəbəkənin terminalları Bakı və Sumqayıt şəhəri üzrə 50-dən çox müxtəlif ünvanda «Bravo», «Araz», «Grand», «Rahat», «Bazarstore», «Bolmart» supermarket şəbəkələrinin müxtəlif filiallarında quraşdırılıb. Hazırda bir sıra bankların korporativ və fərdi müştəriləri bu yeni xidmətdən istifadə etmə imkanına sahibdir, amma digər bankların da inteqrasiya prosesi gedir. Yaxın zamanda digər bankların müştəriləri də “KorpON”un xidmətinə qoşula biləcək.
- «KorpON”un hüquqi şəxslər üçün bildiyimiz ənənəvi terminal xidmətlərindən başqa hansı xidmətləri var?
- İndi təqdim olunan, hesaba nağd vəsaitlərin yerləşdirilməsi ilə yanaşı, hüquqi və fiziki şəxslər üçün cari və kart hesablarına mədaxil və kredit ödənişləri kimi xidmətləri var.
- Terminallar qrafiklə işləyirlər, yoxsa işləmə limiti yoxdur?
- Bankdan kənar (super və hipermarketlərdə) yerləşdirilən terminallar 24/7 qrafiki ilə müştərilərin xidmətindədir. İstənilən məbləğdə pul vəsaitinin hesabınıza mədaxil etmə imkanı var. Gün və ay ərzində ödəniş üçün heç bir məhduduyyət nəzərdə tutulmayıb. Qeyri-iş günü (şənbə, bazar və bayram günləri) ödəniş olduğda məbəği dərhal hesaba köçürülmək mümkündür.
- Eyni zamanda hansı əskinasları toplu şəkildə yerləşdirmək olar? Terminal həm yeni, həm də köhnə əskinasları qəbul edilirmi?
- Terminalın eyni zamanda bütün əskinasları toplu şəkildə qəbul etmə imkanı var. Terminal köhnə və yeni (hətta 500 azn) əskinasları qəbul edir. Bu terminalların digər ödəmə terminallarından əsas üstünlüyü 1 dəqiqədə 1200 əskinası istənilən ardıcıllıqda və toplu şəkildə qəbul etmək imkanının olmasıdır. Bu funksiya ödəniş terminalları üzrə ən son yenilik olaraq ödəniş prossesini asanlaşdırıb vaxta qənaət edir.
- Şirkətinizin nə qədər terminalı var və bunlar hansı ərazilərdədir?
Hazırda Bakı-Sumqayıt üzrə Abşeron, Binəqədi, Xəzər, Nərimanov, Nəsimi, Sabunçu, Səbail, Yasamal, Suraxanı və Sumqayıt şəhərində terminalları mövcuddur. Yaxın zamanda regionlarda da terminalların yerləşdirliməsi gözlənilir.
- Terminallarla bağlı planlarınız nədir, necə genişləndirməyi düşünürsünüz? Harada quraşdırmaq fikriniz var?
- Yaxın gələcək üçün planımız Bakı və regionları əhatə etməkdir. Eyni zamanda partnyor bankların sayını artırıb onların müştəriləri üçün digər ödənişlərinində prosesin asanlaşdırmaq planımız var.
- Siz yalnız bankların ödənişlərini qəbul edirsiniz, yoxsa kreditlə mal satan mağazaların da ödənişlərini qəbul edirsiniz? Ümumiyyətlə, banklardan başqa hansı təşkilatların ödənişlərini alırsınız?
- Hazırda partnyor bankların sayının artmasına üstünlük veririk. Bu prosses bitdikdən sonra digər istiqamətləri də genişləndirmək planlarımız var. “KorpON” terminalların banklarla bağlı bütün ödənişlərin həyata keçirmək imkanı var. Bu sahədə təhlükəsizlik də zəmanətdədir. Belə ki, sistem ödəniş zamanı aparılan bütün addımları yadda saxlayır. Eyni zamanda yüksək təhlükəsizliyə malik seyf sistemi - ən yüksək standartlara malik “G+D” pul qəbuledici sistemi var.
- Bu sahədə maraqlı vəziyyətlərdən biri elektrik enerjisinin kəsilməsi ilə bağlıdır. Belə halda terminal çalışırmı?
- “KorpON” cihazlarının olduğu məkanlarda elektrik cərəyanının verilməsində fasilə yaranarsa, mədaxil əməliyyatını başa çatdırmaq mümkün olacaq. Xəta hallarının minimumlaşdırılması və baş verə biləcək hər hansı bir nasazlığı dərhal aradan qaldırılması məqsədilə serverlərin manual və avtomatik monitorinqi də mövcuddur.