Azərbaycan Mərkəzi Bankı (AMB) daha bir şirkətə valyutadəyişmə fəaliyyəti üçün lisenziya verib.
Eləcə də bax: Bakıda özəl valyutadəyişmə məntəqələri ilə bağlı - Mərkəzi Bankdan Açıqlama
FED.az xəbər verir ki, Mərkəzi Bankın idarə heyətinin qərarı ilə mayın 13-də «META-KAPİTAL» MMC-yə bu lisenziya verilib.
«META-KAPİTAL» MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 33, mənzil 41-də yerləşir.
Onun faktiki fəaliyyət göstərdiyi ünvan isə Yasamal rayonu İzmir küçəsi 7B-dir (Hyatt Regency otelinin yaxınlığı).
Qeyd edək ki, bundan sonra ölkədə bank olmayaraq valyuta dəyişmə fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı 5-ə yüksəlib.
Bunlar "ELİKO" MMC, "DELTA CAPITAL" MMC, "ZUHUR" MMC, "BAKI MƏRKƏZİ VALYUTA" MMC və yeni lisenziya almış "META-KAPİTAL" MMC-dir.
5 şirkətdən 3-cü fəaliyyət üçün lisenziyanı 2022-ciildə alıb.