“Premium Bank”ın maliyyə vəziyyəti məlum oldu.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə bankın xalis mənfəəti 8 milyon 868 min manat təşkil edib.
Eləcə də bax: «Accessbank»ın vəziyyəti məlum oldu – HESABAT
Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7 milyon 198 min manat və ya 1,9 dəfə azdır.
2019-cu ildə bankın faiz gəlirləri 38 milyon 235 min manat , faiz xərcləri 12 milyon 866 min manat təşkil edib. 2018-ci illə müqayisədə bankın faiz gəlirləri 679 min manat və ya 1,8% artıb. Faiz xərcləri isə 1 milyon 936 min manat və ya 13% azalıb. Belə ki, 2018-ci ildə bankın faiz gəlirləri 37 milyon 556 min manat , faiz xərcləri 14 milyon 802 min manat təşkil edib.
2019-cu ildə bankın qeyri-faiz gəlirləri 21 milyon 191 min manat, qeyri-faiz xərcləri 33 milyon 541 min manat təşkil edib. 2018-ci illə müqayisədə bankın qeyri-faiz gəlirləri 381 min manat və ya 1,7% azalıb, qeyri-faiz xərcləri 998 min manat və ya 2,8%azalıb. Bankın 13 milyon 019 min manatlıq əməliyyat mənfəətindən 1 milyon 770 min manatı mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılıb. Nəticədə bankın vergi ödənişindən əvvəl 11 milyon 207 min manatlıq mənfəəti yaranıb ki, bu məbləğdən də bank 2 milyon 339 min manat mənfəət vergisi ödədikdən sonra xalis mənfəəti 8 milyon 868 min manat təşkil edib.
Eləcə də bax: «Ziraat Bank Azərbaycan»ın - VƏZİYYƏTİ MƏLUM OLDU - HESABAT
Bankın aktivləri azalıb
2019-cu ildə bankın aktivləri 642 milyon 456 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 3 milyon 828 min manat və ya 0,6% azdır. 2018-ci ildə bankın aktivləri 646 milyon 284 min manat təşkil edib. Bank aktivlərindən müştərilərinə 567 milyon 573 min manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 17 milyon 023 min manat və ya 2,9% azdır. Bank 2018-ci ildə müştərilərinə 584 milyon 596 min manat kredit veribmiş.
Fiziki şəxslərin depozitləri azalıb, hüquqi şəxslərin depozitləri artıb
Ötən il bankın öhdəlikləri 514 milyon 490 min mant təşkil edib. Bu göstərici 2018-ci illə mqayisədə 2 milyon 933 min manat və ya 0,57% azdır. 2018-ci ildə bankın öhdəlikləri 511 milyon 557 min manat təşkil edib.
Banka depozit yatıran fiziki şəxlərin depozitləri azalıb, hüquqi şəxslərin depozitləri isə artıb. Belə ki, 2019-cu ildə banka fizik şəxslər tərəfindən 369 milyon 927 min manat depozit yatırlıb. Bu 2018-ci illə müqayisədə 58 milyon 630 min manat və ya 13,7% azdır. Belə ki, 2018-ci ildə bankda fiziki şəxslərin depozitləri 428 milyon 557 min manat təşkil edib.
2019-cu ildə bankda hüquqi şəxslərin depozitləri 100 milyon 918 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 2,7 dəfə çoxdur. 2018-ci ildə bankda hüquqi şəxslərin depozitləri 37 milyon 519 min mant təşkil etmişdi.
Kapitalı azalıb
2018-ci illə müqayisədə 2019-cu ildə bankın kapitalı zalıb. Belə ki, 2019-cu ildə bankın 127 milyon 967 min manat cəmi kapitalı olub. Bu göstərici 2018-ci illə müqayisədə 6 milyon 760 min manat və ya 5% azdır. Belə ki, 2018-ci ildə bankın kapitalı 134 milyon 727 min manat təşkil edib.