«Accessbank» 2019-cu ilin 4-cü rübü üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Bank əməliyyat mənfəətindədir.
FED.az xəbər verir ki, ötən il bankın faiz gəlirləri 95 milyon 887 min manat, faiz xərcləri 47 milyon 756 min manat təşkil edib. Bankın xalis faiz mənfəəti 48 milyon 131 min manat olub.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 27 milyon 924 min manat, qeyri-faiz gəlirləri 62 milyon 273 manat təşkil edib. Nəticədə bank ötən ili 13 milyon 782 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Xatırladaq ki, bank 2018-ci ili 33 milyon manat əməliyyat zərəri ilə başa vurmuşdu. Bundan başqa bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 103 milyon 486 min manat ayırıb. Bu məbləğin ayrılması nəticəsində bank 2019-cu ili 89 milyon 704 min manat xalis zərərlə başa vurub.
Borcü yükü azalır, depozitlər artır
2019-cu ilin nəticələrinə görə, bankın aktivləri 19,2 milyon manat və ya 2% artaraq 897 milyon 886 min manat təşkil edib. Bankın kredit və lizinqləri isə 536 milyon 428 min manat olub.
2019-cu ilin nəticələrinə görə, Bankın öhdəlikləri 19 milyon manat azalaraq 822 milyon manatdan 803,4 milyon manata enib. Öhdəliklərin tərkibində ciddi dəyişikliklər var. Accessbank bu dövrdə digər maliyyə müəssisələri qarşısındakı öhdəliklərini 209,7 milyon manatdan 33.1 milyon manata, subordinasiyalı borclarını isə 64,4 milyon manatdan 22 milyon manata endirib.
Əvəzində bankdakı depozitlər 32% və ya 160 milyon manat artaraq 661 milyon manata çatıb.
Ən böyük artım bankın cəmi kapitalında baş verib. 2019-un nəticələrinə görə, Accessbank-ın cəmi kapitalı 94,3 milyon manaitdır ki, bu da 2018-i ilin sonu ilə müqayisədə 37,8 milyon manat və ya 67% artıqdır.