Azərbaycanda fəaliyyət göstərən iki türk bankından birinin - «Ziraat Bank Azərbaycan»ın 2019-cu ili necə baş vurduğu məlum olub.
Eləcə də bax: “Ziraat Bank Azərbaycan”nın - MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə «Ziraat Bank»ın faiz gəlirləri 17 milyon 131 min manat, faiz xərcləri 4 milyon 739,2 min manat təşkil edib. 2018-ci illə müqayisədə bankın faiz gəlirləri 21,8%, faiz xərcləri 11,4% artıb.
Bundan başqa, «Ziraat Bank» ilk dəfə olaraq 2019-cu ildə faiz borcları üzrə məqsədli ehtiyatlar yaradıb. Bank bu məqsədlə 2 686 min manat vəsait sərf edilib.
Nəticədə 2019-cu ildə bankın xalis faiz mənfəəti 9 706 min manat təşkil edib.
Ötən il «Ziraat Bank Azərbaycan»ın qeyri-faiz gəlirləri 4 milyon 153 min manat, qeyri-faiz xərcləri 8 milyon 941 min manat olub.
Əvvəlki illə müqayisədə bankın qeyri-faiz gəlirləri 18,2% azalıb, qeyri faiz xərcləri 14,8% artıb.
Yekun nəticədə bankın əməliyyat mənfəəti 4 milyon 919 min manat təşkil edib.
Bu göstərici 2018-ci illə müqayisədə 30,6% azdır. Belə ki, 2018-də bankın əməliyyat mənfəəti 7 milyon 093 min manat təşkil etmişdi.
2019-cu ildə «Ziraat Bank» aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 983,48 min manat ayırıb və 792,1 min manat mənfəət vergisi ödəyib.
Nəticədə 2019-cu ildə bankın xalis mənfəəti 3 milyon 143 min manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 1 milyon 769 min manat və 2,3 dəfə artıqdır. 2018-ci ildə bankın xalis mənfəəti 1 milyon 375 min manat təşkil edib.
BANKIN MÜŞTƏRİLƏRİNƏ VERDİYİ KREDİTLƏR ARTIB
2019-cu ildə Türkiyə bankının Azərbaycandakı filialının aktivləri 11,2% artaraq 253 milyon 492 min manat təşkil edib. 2018-ci ildə bankın aktivləri 227 milyon 919 min manat idi.
Ötən ilin sonuna «Ziraat Bank Azərbaycan»ın kredit portfeli 145 milyon 435 min manat olub. Bu göstərici 2018-ci illə müqayisədə 39 milyon 946 min manat və ya 37,9% çoxdur. 2018-də bankın krelit portfeli 105 milyon 489 min manat idi.
2019-cu ildə bankın depozit portfeli 85 milyon 642 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 5 milyon 191 min manat və ya 6,5% çoxdur - 2018-də depozit portfeli 80 milyon 451 min manat olmuşdu.
«Ziraat Bank Azərbaycan»nın öhdəlikləri isə 2019-cu ilin sonuna 182 milyon 296 min manat olub. bu da 2018-ci illə müqayisədə 21 milyon 810 min manat və ya 13,6% çoxdur. 2018-ci ildə bankın öhdəlikləri 160 milyon 487 min manat təşkil edib.
Bankın 2019-cu ildə cəmi kapitalı 71 milyon 196 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 3 milyon 754 min manat və ya 5,6% çoxdur. 2018-ci ildə bankın cəmi kapitalı 67 milyon 433 min manat olmuşdu.