Yaponiyanın «Nissan» şirkəti özünün Azərbaycanda da populyar olan «Qashqai» modelinin sürət qutusu olmayan yeni variantını təqdim edib.
Yeni «Toyota Camry» təqdim edildi – CƏMİ 5 LİTR İŞLƏDİR - FOTOLAR
Prezidentin Təhlükəsizlik Xidmətinin avtomobilləri - 7-8 MİN MANATA SATILDI - SİYAHI
Çin yeni pikap buraxdı: 1000 kilometr gedir – HƏM DƏ GENERATORDUR - BİR EVİN İŞIĞINI VERİR - QİYMƏT - FOTOLAR
FED.az xəbər verir ki, «Nissan» yeni avtomobilə «E-Power» adlanan yeni hibrid güc qurğusu tətbiq edib. Bu qurğu avtomobilə birdəfə yanacaqdoldurmaqla 1200 kilometr getməyə imkan verir.
Şirkət bildirirki, maşındakı benzinlə işləyən mühərrik yalnız elektrik enerjisi istehsalı üçün işləyir: «Enerji birbaşa elektrik mühərriyinə və tələb olunanda akkumulyatora göndərilir. Ənənəvi avtomobillərdən fərqli olaraq burada sürət qutusu yoxdur.
Şirkətin açıqlamasına görə, yeni «Qashqai» krossoveri 100 kilometrə cəmi 4,5 litr benzin yandırır və benzin çənini bir dəfə doldurmaqla 1200 kilometr gedə bilir. Avropada bu avtomobillərin satışı 2025-ci ilin sentyabrında gözlənilir.