Yaponiyanın avtomobil nəhəngi «Toyota» şirkəti özünün yeni flaqman modelini «Camry 2026»-nı təqdim edib.
FED.az xəbər verir ki, «Nightshade Edition» adlanan yeni modelində qənaətli yanacaq sərfi və idman görünüşü diqqəti cəlb edir.
Yeni «Toyota Camry 2026» idman asqısına malikdir, hibrid güc qurğusu var, eləcə də müştərilərə iki variantda təqdim olunacaq – arxa və tam ötürücü ilə.
Burada 2,5 litrlik benzin mühərriki, elektrik mühərriki mövcuddur, arxa ötürücü ilə olan maşının gücü 225 at gücü, tam ötürücülü maşında isə 232 at gücüdür.
Avtoombil nisbətən iri – 19 düymlük disklər, qarşıdakı radiator çərçivəsi və arxadakı spoylerlər hesabına idman görünüşünü artırıb.
«Nightshade Edition» modeli 3 rəngdə buraılacaq - Ice Cap (ağ), Supersonic Red (qırmızı) və Midnight Black Metallic (metal rəngi).
Yeni model ABŞ-da 2025-ci ilin yayında satışa çıxacaq, hələlik yeni maşının qiyməti məlum deyil, amma Camry 2025-in baza modeli 28,7 min dollar ətrafındadır.
Avtomobilin yanacaq qənaətliliya pərəstişkarlarını sevindirməlidir – hətta tam ötürücü ilə 100 km-ə yanacaq sərfi 5,1 litrdir.