Çinin avtomobil sənayesi daha bir yeni model ilə dünya avtomobil şirkətlərini narahat edib.
FED.az xəbər verir ki, «Changan» şirkəti özünün yeni hibrid pikapını – «Changan Hunter K50» təqdim edib. Yeni modelin birdəfəyə 1000 km gedir və bütöv bir evi enerji ilə təmin etmək gücündədir.
Maşının sürəti də qaydasındadır – 100 kilometr/saat sürəti 7,9 saniyəyə yığa bilir.
Çində yeni «Changan Hunter K50» pikap avtomobili təqdim edilib. «Changan Hunter K50» maşını ümumi gücü 272 at gücü olan 2 elektromühərriklə və 2 litrlik benzin mühərriki ilə təmin edilib. Avtomobilin maksimal gediş msəsafəsi 1000 km təşkil edir.
«Changan Hunter K50» təkcə gücü ilə seçilmir, bu model, avtomobil sənayesində ilk avtomobildir ki, digər qurğuya da enerji verə bilər. Pikapın xarici qurğuya enerji ötürmə gücü 22 kVt təşkil edir. Bu da imkan verir ki, «Hunter K50» modelini sənayedə, kənd təsərrüfatında, balıqçılıqda və digər yerlərdə istifadə etmək mümkün olsun. Maşının sahibləri enerji hasilatını bir neçə rejimdə tənzimləyə bilərlər.
«Changan Hunter K50» 6 fərqli yolsuzluq hərəkəti rejiminə, yolsuzduq təkərlərinə və kuzovun üstündə əlavə işıqlara malikdir. Maşının salonunda 10 dildə səslə idarə oluna bilən «Huawei HMS for Car» sistemi quraşdırılıb.
Yeni mode liki versiyada təqdim edilib, qiymətləri 182,9 min yuan və ya 25,2 min dollar, və 192,9 min yuan və ya 26,6 min dollar.