Azərbaycanda Rusiya istehsallı avtomobillərin satışı ilə məşğul olan «Xəzər-Lada» ASC səhmdarlarına dividend ödəyəcək.
Eləcə də bax: “Xəzər-Lada”nın xalis mənfəəti - 2 Dəfə Artıb
Eləcə də bax: Azərbaycanda bu avtomobillərin qiyməti - UCUZLAŞA BİLƏR
FEED.az xəbər verir ki, 2022-ci il oktyabr 20-də saat 12:00-da Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 16-cı km. ünvanda “Xəzər-Lada” ASC-nin iclas zalında “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda müzakirə olunacaq əsas məsələlər 2022-ci ilin 1-ci yarımilliyinin maliyyə hesabatı və 2022-ci ilin 1-ci yarımilliyinin yekununa görə dividentlərin verilməsi olacaq.
Xatırladaq ki, «Xəzər-Lada» 2021-ci ilin nəticələrinə görə də səhmdarlarına dividend ödəyib. Şirkət ili 503 min manat xalis mənfəətlə tamamlamış və bu məbləğin 60%-ni – 300 min manatı dividend ödəmişdi.