“Xəzər-Lada” ASC-nin 2020-ci ili 391 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: İndiyədək Neftçalada 5 mindən çox «Khazar» avtomobili - Buraxılıb
FED.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 95,5% və yaxud təxminən 2 dəfə çoxdur.
Ötən il “Xəzər-Lada”nın vergiyəqədərki mənfəəti 486 min manat (əvvəlki illə müqayisədə 94,4% çox), mənfəət vergisi ödəmələri isə 97 min manat (94% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Xəzər-Lada”nın aktivləri 15,974 milyon manat olub ki, bu da illik müqayisədə 1,1% çoxdur. Hesabat dövründə “Xəzər-Lada”nın öhdəlikləri 6,7% azalaraq 5,732 milyon manata düşüb, balans kapitalı isə 6,1% artaraq 10,242 milyon manata çatıb.
Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6%-i Naməddin Qasımzadəyə, 8,2%-i 147 fiziki şəxsə məxsusdur. (Report)