Yaponiyanın Toyota Motor avtomobil konserni elektromobillər üçün avtonom akkumulyatorların istehsalına 730 milyard yen (təxminən 5,6 milyard dollar) investisiya yatırmaq qərarına gəlib.
Eləcə də bax: Toyota-nın prezidenti şirkətin tarixində rekord məbləğdə - MÜKAFAT ALIB
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü şirkət məlumat yayıb.
Avtomobil konserninin dərc olunmuş məlumatında qeyd olunur ki, belə akkumulyatorların istehsalına 2024-2026-cı illərdə başlanması planlaşdırılır. Toyota mövcud olanları modernləşdirməyi, həmçinin Yaponiya və ABŞ-da yeni və daha səmərəli istehsal xətləri qurmağı gözləyir.
Xüsusilə, vəsaitin təxminən üçdə ikisi şirkətin Yaponiyanın Hyoqo prefekturasındakı müəssisələr kompleksinin modernləşdirilməsinə, qalan vəsait isə ABŞ-ın Şimali Karolina ştatında yerləşən istehsal müəssisələrinə yatırılacaq. (Marja)