Amerikanın Tesla şirkəti rekord həddə bahalaşıb.
FED.az xəbər verir ki, son göstəricilərə əsasən Teslanın bazar kapitalizasiyası 89 milyard dollara çatıb ki, bu da dünyanın avtomobil nəhənglərindən artıqdır. Belə ki, «General Motors» və «Ford»un bazar qiyməti müvafiq olaraq 49,4 milyard və 36,6 milyard dollardır. Başqa sözlə, «Tesla» adı çəkilən şirkətlərdən qat-qat az sayda avtomobil buraxsa da, onları geridə qoyaraq tarixdə ən bahalı avtomobil şirkətinə çevrilib.
Eləcə də bax: Tesla Çində buraxılan «Model 3»ləri ucuzlaşdırdı - QİYMƏT
«Tesla»nın səhmləri 2019-un sonundan bəri dayanmadan bahalaşır. Bunun səbəbi 3-cü rübdə şirkətin gözlənilmədən böyük məbləğdə – 143 milyon manat mənfəət açıqlamasıdır. Nəticədə bu həftənin ortasında «Tesla»nın səhmləri 5% bahalaşaraq 492 dolları keçib.
Eləcə də bax: Azərbaycana yeni Kia modeli - GƏTİRİLİB - QİYMƏT
2019-cu ildə «Tesla» cəmi 36 min avtomobil buraxıb. Müqayisə üçün bildirək ki, «General Motors» və «Ford» təkcə ABŞ bazarı üçün 2 milyondan artıq avtomobil buraxıb. Səhmlərin bahalaşmasına baxmayaraq, fond bazarı üzrə analitiklər bildirir ki, hazırda «Tesla»nın səhmlərini almaqdan çox, satmaq sərfəlidir.