“Kia Motors Azərbaycan” ölkəyə yeni Kia modeli gətirib. Azərbaycana yenicə gətirilən model “Kia Seltos” adlanır və B+ sinfində SUV kuzovludur.
FED.az xəbər verir ki, avtomobil aktiv həyat sürənlər üçün hesablanıb. Bu model” Hyundai”ın Creta modelinə rəqib hesab olunur.
Eləcə də bax:Türkiyənin yeni elekromobilinin - QİYMƏTİ NEÇƏYƏDİR?
“Kia Seltos”un mühərikinin həcmi 2000 kub smdir. Avtomobilin dizel və ya hibrid modeli yoxdur. Yalnız benzin modeli gətirlir. Seltosun Aİ-92 markalı benzinlə də çalışdığı bildirilir. Qiyməti isə 40-50 min manat arasında dəyişir. Avtomobil şəhər içi 100 kilometr məsafəyə 10-11 litr benzin sərf edir.
“Kia Seltos” ölçü baxımından “Kia Sportage”dən kiçik, “Kia Soul”dan isə böyükdür.