Elektrik avtomobillərinin istehsalçısı olan məşhur «Tesla» şirkəti Çinin Şanxay şəhərində istehsala başlaması ilə əlaqədar olaraq müştəriləri cəlb etmək üçün qiymətləri 9% azaldıb.
Eləcə də bax: Türkiyənin yeni elekromobilinin - QİYMƏTİ NEÇƏYƏDİR?
FED.az xəbər verir ki, nəticədə Çində buraxılan «Tesla»nın ən məşhur modeli – «Model3»ün qiyməti 355,8 min yuandan 323,8 min yuana və ya 51,1 min dollardan 46,5 min dollara enib.
Eləcə də bax: Azərbaycana yeni hibrid maşınlar gətirilir – QİYMƏTLƏR
Çin hökumətinin təşviq tədbirləri nəticəsində isə «Tesla»ların qiyməti 299 min yuandan (43 min dollardan) başlayır. Nəticədə «Tesla»nın ən ucuz modeli Çinin özünün istehsal etdiyi «Xpeng Motor»un ən son modeli olan «P7»i ilə təqribən eyni qiymətə çatdırıb.
Eləcə də bax: «Bakıdakı BMW-lərin 99%-ni biz satırıq - HƏM NAĞD, HƏM DƏ KREDİTLƏ» - MÜSAHİBƏ