Azərbaycanda sahibsiz hesab edilən avtomobillərin utilizasiyaya verilməsinə dair layihə I oxunuşda təsdiqlənib.
Azərbaycana gətirilən avtomobillərlə bağlı - YENİ QAYDALAR - ƏLAVƏ HAQQ ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Layihəyə əsasən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar aşağıdakı nəqliyyat vasitələrini utilizasiyaya verə biləcək:
- Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;
- istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.