“Porsche Azərbaycan” Çin markasının satışına başlayacaq.
Eləcə də bax: «Xəzər»in premium versiyası buraxılacaq – İLK DƏFƏ
FED.az xəbər verir ki, avtomobil bazarındakı mənbədən “MediaPost”a bildirilib ki, söhbət “Geely” avtomobillərindən gedir. Məlumata görə, “Porsche Azərbaycan” “Geely” markasının Azərbaycanda rəsmi tərəfdaşı olacaq və bu avtomobillərin pandemiyadan sonrakı dövrdə Azərbaycana gətiriləcəyi gözlənilir. “Porsche Azərbaycan”dan sövdələşmə faktı təsdiqlənib, amma bunun hələlik layihə şəklində olduğu bildirilib.
Qeyd edək ki, 2019-cu ilə qədər “Geely” avtomobillərinin satışını Azərbaycanda “Sirena Motors” həyata keçirib. 2019-cu ilin sonundan etibarən şirkət Çin markaları üzrə yeni modellərin satışını dayandırıb.