Yaxın vaxtlarda Neftçaladakı Avtomobil Zavodunda «Xəzər» avtomobillərinin yeni versiyalarının buraxılmasına başlanacaq.
Xaricdən gətirilən minik və hibrid maşınlarının - ORTA QİYMƏTLƏRİ AÇIQLANDI
Zavoddan FED.az-a verilən məlumata görə, bunlar «premium» və «pikap» modelləridir.
Premium model «Xəzər CC» adlanacaq.
Zavoddan bildirilib ki, indiyədək «Xəzər»in belə modeli olmadığına görə, müəssisə bəzi sifarişləri qarşılamaqda çətinlik çəkib.
Eləcə də zavoda «pikap» variantlarının alınması üçün sifarişlər də var. Ona görə də, tezlikdə premium və «pikap» modellərinin istehsalı başlayacaq.