Avto

Maşınlara yeni aparat quraşdırılacaq - YENİ QƏRAR

Maşınlara yeni aparat quraşdırılacaq - YENİ QƏRAR | FED.az
08:42 15 Sen 2018

Ölkədaxili sərnişin daşımalarında istismar edilən avtobuslarda taxoqraf quraşdırılacaq.
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edib. FED.az-ın məlumatına görə, dəyişikliklərə əsasən sərnişin avtonəqliyyat vasitələrinədair tələblər artırılıb.

Beləliklə, beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələri taxoqrafla təchiz edilməlidir.

Taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazıdır.

İndiyə qədər yalnız beynəlxalq beynəlxalq sərnişin daşımalarında istismar edilən avtobuslar taxoqrafların quraşdırılması tələbi olub.
Sərnişin daşımalarını yerinə yetirən sürücüdə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnamə (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda) də olmalıdır.

Artıq beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar.

Digər xəbərlər