Azərbaycanda avtomobillər tərəfindən havanın çirkləndirilməsi ilə bağlı ciddi tədbirlər gözlənilir.
FED.az xəbər verir ki, artıq bir neçə dövlət qurumunda bununla bağlı bir neçə ay əvvəldən başlayan müzakirələr son günlər aktivləşib. Müzakirələrdə xarici şirkətlərin təmsilçiləri də iştirk edir.
Deputat: “Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib”
“Azərişığ”ın 19 maşını satışa çıxarılıb – Qiyməti 1 000 manatdan başlayır - SİYAHI
Elektrikli avtomobillər doğrudanmı göstərilən qədər yol gedir? - MARKALAR, SİYAHI – ARASDIRMA
Start qiyməti 2 min olan “Daewoo Damas” avtomobili 4 min manata satıldı - HƏRRAC, SİYAHI, QİYMƏTLƏR
Ehtimal edilir ki, bu sahədə ciddi ahddımların atılmasına gələn ilin əvvəlindən başlanılsın.
Birinci müzakirə
Bir neçə gün əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrup”unun iclası və Beynəlxalq Maliyyə Korporasiyasının “E-mobility” layihəsi üzrə ekspert missiyası ilə görüşü keçirilib.
İclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın katibliyinin rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.
İclasda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı məsələlər müzakirə edilib. Belə ki, 2022-ci il üçün Yol Xəritəsinin icrası ilə bağlı yekun hesabat təqdim olunub və altqrupun fəaliyyəti üzrə prioritet hədəflərin müəyyənləşdirilməsi, tematik qrupların yaradılması, eləcə də 2024-cü il üçün Yol Xəritəsinin layihəsinin hazırlanması üzrə təkliflər dinlənilib.
Həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə görülən işlər, bu sahədə özəl sektorun rolu və həyata keçirdiyi layihələr haqqında məlumat verilib. Eyni zamanda Beynəlxalq Maliyyə Korporasiyasının “E-mobility” layihəsi üzrə qarşıda duran prioritetlər və tövsiyələr, əməkdaşlıq imkanları və layihənin icrasına hazırlıq barədə fikir mübadiləsi aparılıb.
İkinci müzakirə
Eyni zamanda başqa dövlət qurumunda - Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihə sənədinin hazırlanması ilə əlaqədar olaraq UNEP və “REC Caucasus” beynəlxalq məsləhətçi şirkətin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması layihəsi ilə UNEP tərəfindən həyata keçirilən layihə ilə əlaqədar məsələlər barəsində qarşı tərəflə müzakirələr aparılıb. Azərbaycanda yaşıl enerjinin şəbəkədə payının artırılması istiqamətində Energetika Nazirliyi tərəfindən görülmüş işlər haqqında məlumatlar verilib. “Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihəsinin 2024-2025-ci il ərzində başa çatdırılmasının planlaşdırıldığı bildirilib.
Görüşdə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası çərçivəsində “Elektromobillik üzrə Milli Planın hazırlanması” ilə əlaqədar Energetika Nazirliyinin müvafiq əmri yaradılmış İşçi qrupun üzvləri iştirak edib.
Görüşdə də qeyd edildiyi kimi, “Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihəsinin 2024-2025-ci il ərzində başa çatdırılması gözlənilir.